Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AŞPA-dan Türkiyəyə zərbə:Ankara 13 il geri düşdü

AŞPA

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Təftiş Komissiyası Türkiyənin demokratik təsisatlarının Avropa standartlarına uyğun fəaliyyət göstərib gostərmədiyini yoxlamaq qərarına gəlib.

Yenixeber.org:  Bu qərar Türkiyənin Avropa Birliyi yolçuluğunda 2004-cü ildəki vəziyyətinə qaytarılması deməkdir.

Almaniyanın “Deutsche Welle” xəbər agentliyinin məlumatına görə, AŞPA-nın Təftiş Komissiyası dünən Parisdə keçirilən iclasında səs çoxluğu ilə bu qərarı qəbul edib. Toplantıda səsləndirilən hesabat və qərar layihəsi mətni 15 iyul çevriliş cəhdindən sonra ölkədə elan olunan fövqəladə vəziyyət şəraitində həyata keçirilən tədbirlər nəticəsində demokratik təsisatların fəaliyyətinin "ciddi mənada" pozulduğunu iddia edir.

AŞPA-nın Türkiyə məruzəçisi Marianne Mikko (Estoniya) və Ingebjorg Godskesenin (Norveç) hazırladığı hesabatda Türkiyə hökumətinin fövqəladə vəziyyət rejimində konstitusiya və beynəlxalq hüquq normalarından kənarına çıxaraq "qeyri-adekvat" tədbirlər həyata keçirdiyi bildirilib. Nümunə kimi isə prezident Rəcəb Tayib Ərdoğanın imzladığı “Qanun Hökmündə Fərmanlar” və on minlərlə dövlət məmurunun işdən çıxarılması göstərilib.

Sənəddə söz və mətbuat azadlığı məsələlərinə də geniş yer verilib. Jurnalistlərin həbs olunmasının və müxalif media nümayəndələrinə qarşı təzyiqlərin "demokratik cəmiyyətdə qəbul edilə bilməz" olduğu vurğulanıb.

Bəzi millət vəkillərinin toxunulmazlığının ləğv olunmasının da pislənildiyi hesabatda bu siyasətin parlamentar xarekteri "baltaladığı" iddia olunub. Çox sayda millət vəkilinin həbsi səbəbindən HDP-nin 16 aprel referendumunda kampaniya apara bilmədiyi, beləcə "demokratik müzakirələrin” məhdudlaşdırıldığı da iddialar arasındadır.

Qərar layihəsi mətnində 16 Aprel referendumuyla bağlı əndişələr də dilə gətirilib; konstitusiya dəyişikliyinin reallaşacağı təqdirdə, hakimiyyətin qüvvələr ayrılığı və məhkəmələrin müstəqilliyi prinsiplərinə kölgə düşdüyü bildirilib.

AŞPA-nın Təftiş Komissiyası bütün bu səbəbləri əsas göstərərək, Türkiyənin Avropa Şurası üzvlüyündən irəli gələn öhdəlikləri yerinə gətirmək istəmədiyini və onun yenidən "təftiş olunmasının vacibliyi"ni irəli sürüb.

Təftiş Komissiyası bu çərçivədə Ankaradan fövqəladə vəziyyəti ləğv etməyi, “qanun hökmündə sərəncamlar”ı yığışdırmağı tələb edib. Kütləvi işdən azad olunmaların dayandırması, cinayətləri sübut edilməmiş məhbus parlamentarilərin və jurnalistlərin azadlığa buraxılması fövqəladə vəziyyət rejimini araşdırma komissiyasının obyektiv işləməsi, ədalətli məhkəmə proseslərinə zəmanət verilməsi, söz və mətbuat azadlığı üçün təcili tədbirlərin görülməsi, 16 Aprel referandumunun Avropa Şurası standartlarına tənzimlənməsi və Konstitusiya dəyişiklikləri məsələsində Venesiya Komissiyası tövsiyələrinin nəzərə alması da tələblər arasındadır. Bu tələblərin yerinə yetirilib-yetirilmədiyini yoxlamaq üçün AŞPA məruzəçilərinə 2018-ci ilə qədər vaxt verilməsi tövsiyyə olunub.

Qeyd edək ki, AŞPA-nın Təftiş Komissiyası əsasən postsovet ölkələrində demokratik vəziyyəti yoxlamaqla məşğuldur. Türkiyə 2004-cü ildə bu mərhələdən çıxarılaraq, AB-nə üzvlüyə iddia edən ölkə statusu qazanmışdı. Onun yenidən təftiş mərhələsinə qaytarılması demokratikləmə prosesində 13 il geri düşməsi mənasına gəlir.

Təftiş Komissiyası tərəfindən hazırlanan qərar lahiyəsinin aprel ayının sonunda keçirilməsi planlaşdırılan AŞPA-nın ümumi toplatısında səsverməyə çıxarılacağı gözlənilir. Qətnamə qəbul olunarsa, qardaş ölkə Avropanın demokratik təsisatlarına yaxınlıq baxımından bir çox postsovet məkanlarından belə daha geri düşəcək. O, 1949-ci ildən bu yana üzvü olduğu Avropa Şurasında Azərbaycan, Albaniya, Ermənistan, Bosniya-Herseqovina, Gürcüstan, Moldova, Rusiya, Serbiya və Ukraynanın olduğu “demokratiya liqasına” geriləmiş olacaq.

Yenidən təftiş mərhələsinə qayıdışıyla Türkiyə Avropada bir ilkə də imza ata bilər. Çünki indiyə qədər təftiş mərhələsini keçib yenidən yoxlamaya tabe tutulan heç bir Avropa ölkəsi olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam