Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dəniz Baykal AŞPA-da Azərbaycana qarşı səs verib- FOTO

Dəniz Baykal AŞPA-da Azərbaycana qarşı səs verib

 

Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) oktyabrın 11-də Azərbaycanla bağlı iki hesabat üzrə qətnamələr böyük səs çoxluğu ilə qəbul edilmişdi

 

Yenixeber.org: Həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın müəllifləri olduqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə Qətnamənin lehinə Türkiyə Böyük Millət Məclisinin CHP partiyasının deputatları -  Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici də səs veriblər. 

 

AŞPA müəyyən maraqlı anti-Azərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanmış və xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməklə, növbəti dəfə ölkəmizə qarşı öz qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdi.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycana dair qəbul olunmuş sənədlərə münasibət bildirmişdi. Onun sözlərinə görə, AŞPA müəyyən maraqlı anti-Azərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanan və xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməklə, növbəti dəfə ölkəmizə qarşı öz qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirib.

“Bu gün demokratiya yolu ilə inkişaf edən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması bir daha göstərir ki, AŞPA müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrilib və konkret sifariş yerinə yetirir”, - deyə prezidentin köməkçisi vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam