Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ukrayna ordusuna vaxt qoyuldu

 

 

   Donetsk üsyançılara rəhbərlik edən komandirlərdən biri rəsmi Kiyevə qarşı belə bir ultimatum göndərib

 

   "xeberinfo.com": Ukraynanın Donetsk vilayətində əməliyyatlar aparan hərbçilərin geri çəkilməsi üçün 24 saatları var.  Məlumata görə, Donetsk üsyançılara rəhbərlik edən komandirlərdən biri rəsmi Kiyevə qarşı belə bir ultimatum göndərib. Sosial mediya vebsaytlarından birinə yerləşdirilən videoismarıcda komandir hökumət tələbləri yerinə yetirməyəcəyi təqdirdə ukraynalı hərbiçilərin əlində olan nəzarət-buraxılış məntəqələrinə hücum edəcəklərini bildirib.
      Məsələnin ölkə parlamentində müzakirəsi isə, qalmaqal ilə yadda qalıb. Ölkənin müvəqqəti prezidenti Oleksandr Turçinov Regionlar Partiyasının parlament nümayəndəsi Oleksandr Yefremovun anti-terror əməliyyatlarına son qoymaq çağırışlarına müsbət reaksiya bildirməyib. Turçinovun bu hərəkəti isə, Yefremovun qəzəbinə səbəb olub.
"Ukraynanın şərqində insanlar Turçinovun əmrlərinə görə ölürlər. Biz əməliyyatları dayandırmağı tələb etdik, siz isə özünü elə apardınız ki, sanki regionda heç nə baş verməyib. Regionlar Partiyası düşünür ki, bu ikiüzlülüyün ən yüksək həddidir"
Yefremovun bu sözlərindən sonra partiya nümayəndələri parlamenti tərk ediblər.
Turçinov isə, Regionlar Partiyası bunu qəbul etsə də, etməsə də, hökumətin ölkənin ərazi bütövlüyünü qoruyacağını qeyd edib.
Turçinov, eyni zamanda, mayın 25-ində keçiriləcək prezident seçkiləri məsələsinə də toxunub. Dövlət başçısı planın qətiyyən təxirə salınmayacağını bildirib.
Siyasi hadisələr fonunda ölkənin müxtəlif bölgələrində üsyançılara qarşı əməliyyatlar da keçirilir. Məlumata görə, Kramatorks şəhərində üsyançıların bazası tapılaraq məhv edilib.
Slavyansk şəhərində isə, vəziyyət nisbətən sakitləşib. Məktəblilər öz təhsillərini davam etdirmək üçün təhsil mərkəzlərinə getməyə başlayıblar. Bununla belə, siniflərdə davamiyyət hələ ki, azdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam