Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

RUS-TÜRK ÇƏKİŞMƏSİ: “Türkiyə artıq Qara dənizin böyük sahibi deyil”

RUS-TÜRK ÇƏKİŞMƏSİ: “Türkiyə artıq Qara dənizin böyük sahibi deyil”

Xeberinfo.com:   Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bizim ölkəni ziyarət edir və biz bundan çox məmnunuq. Türkiyəyə gəlməzdən bir gün əvvəl, o, bildirib ki, Türkiyə artıq Qara dənizin böyük sahibi deyil. Onun bu sözləri diqqətdən qaçmayıb.

İlk öncə önu demək lazımdır ki, bütün sferalarda Türkiyə-Rusiya münasibətlərinin inkişafı xoş hadisədir. 2015-ci il 24 noyabr tarixində Rusiya təyyarəsinin vurulması ilə başlayan böhran, hər iki ölkəyə ziyan gətirib. Putin “imperiya gücünün nümayişi”ni təşkil edərək, hadisəyə çox kəskin reaksiya verdi və ağır sanksiyalar tətbiq etdi. İqtisadiyyatda Türkiyə daha çox itirdi və Suriyadakı balans nöqteyi-nəzərindən çətin vəziyyətə düşdü.

gerasim

Lakin 27 iyinda Ərdoğanın yazdığı məktubdan sonra, Türkiyə-Rusiya münasibətləri sürətlə yoluna qoyuldu, Ərdoğan və Putin arasındakı 9 avqust danışıqları isə tərəqqini sürətəndirdi. Putinin mövqeyinin bu cür yumşalması, Moskvanın “Avrasiya strategiyası”-nda Ankaranın nə dərəcədə mühüm yer tutduğunu göstərir. Türkiyənin NATO üzvü olması onun əhəmiyyətini bir daha artırır.

- Avrasiyanın mərkəzi dənizi

Gerasimovun sözlərinə də, Moskvanın Avrasiya konsepsiyası çəriçivəsində baxmaq lazımdır. Qafqazda keçirilən təlimlərdən sonra Gerasimov qeyd edib: ”Bir neçə il bundan əvvəl Rusiyanın Qara dəniz donanması, Türkiyə donanması ilə rəqabət aparırdı. Əvvəllər deyirdilər ki, Türkiyə Hərbi Dəniz Qüvvələri, Qara dənizin tək sahibidir. İndi isə hər şey dəyişib. Ona görə ki, Rusiyanın Qara dəniz donanması “Kalibr” tipli qanadlı raketlər daşıya biləcək sualtı qayıqlarla təchiz edilib. Təkcə sahil kompleksi “Bastion” çox şey deyir. Bu kompleks 350 kilometr uzaqlığa uçma qabliyyətinə malikdir. Bosfor boğazı da daxil olmaqla!”

hozyaika_chernogo_morya

Putin Qara dəniz sahilindəki Krım yarımadasını ilhaq etdi. İqtisadi böhrana baxmayaraq, o, 2015-ci ildə hərbi modernləşməyə 81 miyard dollar yatırdı. 2020-ci ilədək bu məbləğin ümumi cəmi üst-üstə 500 milyard dollar təşkil edəcək.

- Tarixin dərsi

Əlbəttə ki, bu mənzərə böyük müharibənin alovlanacağı anlamına gəlmir, lakin ”Qara dənizin sahibi” sözlərinin geosiyası əhəmiyyətini görməkdən ötrü, Birinci Dünya Müharibəsini xatırlamaq lazımdır.

1912–ci ildə Osmanlı imperiyası Salonikini itirdi. Çünki o zaman onun bir ədəd də drednotu, yəni o dövrün ən güclü gəmisi yox idi.

Birinci Dünya Müharibəsi ərəfəsində çar Rusiyası ”Qara dənizin sahibi” olmaqdan yana, donanmasındakı üçüncü drednota, dördüncü drednotu qatmaq üçün, onun tikintisinə 120 milyon rubl pul ayırmışdı.

Osmanlı imperiyası Böyük Britaniyadan iki drednot sifariş vermiş və pulunu öncədən ödəmişdi. Amma Çörçilin əmri ilə B.Britaniya bu gəmilərə əl qoydu və ödənilmiş 7 milyon qızıl pulu isə geri qaytarmadı!

Osmanlı imperiyası bu iki drednotun əvəzinə, II Əbdülhəmidin başladığı Almaniya ilə sıx yaxınlaşmanın təsiri altında almanların “Göben” və “Breslau” gəmilərinə yiyələnərək, müharibəyə qoşuldu.

- XXI əsr

Əlbəttə, bu gün və yaxın gələcəkdə müharibə olmasından söz getmir. Amma hərbi qüdrət siyasi gücün mühüm tərkib hissəsidir. Bax budur, iqtisadı sıxıntılarına baxmayaraq, Rusiya hərbi gücünü artırır və Avrasiyanın ştrateji mərkəzində yerləşən Qara dənizdə üstünlük əldə etməyə xüsusi önəm verir.

Ona görə də, Türkiyənin NATO üzvü olmasının əhəmiyyəti nəinki azalmış, əksinə, hətta daha da artmışdır. Elə bu səbəbdən də Rusiya ilə mübahisə etməyə gərək yoxdur, çünki hər iki ölkə üçün əlverişli olan münasibətlər zamanı, həm iqtisadi əlaqələr güclənir, həm də yeni böhranlar baş verən halda, problemi həll etmək üçün kanallar mövcud olur.

Bu səbəblərdən dolayı, Türkiyə bu regionda güclü olmalıdır. 21-ci əsrdə buna nail olmağın yalnız bir yolu var: elm, texnologiya, hüquq və demokratiya sahəsində müasir səviyyəyə çıxmaq lazımdır.

(“Hürriyyət” qəzeti – Türkiyə)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam