Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Neft şirkətinin sahibi intihar etdi: şirkəti iflasa uğradığı üçün

Yunan biznesmen

 

Yunanıstanın “Mamidoil Jetoil” neft şirkətinin sahibi olan 84 yaşlı Kiriakos Mamidakis şirkəti iflasa uğradığı üçün intihar edib.

Xeberinfo.com:  K. Mamidakisin cəsədi Kirit adasındakı evində tapılıb.

Cəsədin yanında tapança aşkarlanıb. Polis sahibkarın intihar etdiyini bildirib.

“Jetoil” Yunanıstan ən uzunömürlü və böyük şirkətlərindən biridir. 1968-ci ildə yaradılmış şirkət Yunanıstan və Balkan ölkələrində neft məhsullarının saxlanılması, daşınması və ticarəti ilə məşğul olub. Şirkətin JETOIL brendi ilə 600 yanacaqdoldurma məntəqəsi olub.  Eyni zamanda törəmə müəssisələri vasitəsi ilə  Albaniya, Bolqarıstan, Serbiya və Kosovaya sərmayə yatırıb. Şirkətin böyük problemləri keçən il başlayıb və Yunanıstanın cənubundakı biznesi satılıb. İyunun əvvəlində şirkət iflasa uğradığının elan olunması üçün ərizə verib və ərizəyə noyabrın 1-də baxılacağı açıqlanıb. “Mamidoil Jetoil” şirkətinin 2015-ci ilin sonuna kreditorlara və dövlətə 314 milyon avro borcu olub. Müştərilərin isə şirkətə 174 milyon avro  borcu  olub.

Mamidakis ailəsinin neft biznesi ilə bərabər məşhur mehmanxanaları, spirtli içki istehsal edən müəssisələri var.

(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam