Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

SOCAR-ın sövdələşməsi təsdiqi təxirə salınıb

 

Avropa Komissiyası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Yunanıstanın DESFA şirkətinin səhmlərinin üçdə ikisinin alınmasına dair bağladığı müqaviləyə baxılmasını təxirə salıb.

"Xeberinfo.com": Məlumata görə, bu haqda Qərb mənbələri məlumat yayıb. Məlumata əsasən Avropa Komissiyası SOCAR-ın DESFA şirkətinin səhmlərinin alınmasına dair Yunanıstan hökuməti ilə bağladığı ilkin razılaşmaya bu gün baxmalı və ilkin qərarını elan etməli idi. Lakin məsələ təxirə salınıb.

SOCAR-la Yunanıstan hökuməti arasında bu ilin yayında bağlanmış müqaviləyə görəAzərbaycan şirkəti DESFA-nın səhmlərinin 66 faizini 450 milyon dollara almağa razılaşıb. DESFA Yunanıstanın qaz kəmərləri sisteminin operatorudur və SOCAR-ın onun səhmlərini alması ona Avropaya qaz nəqli və satışında əlavə üstünlüklər vəd edirdi. Lakin bir müddət əvvəl Avropa Komissiyası bəyan edib ki, sövdələşmənin Avropa İttifaqının antiinhisar normalarına zidd olduğuna dair ciddi şübhələr var. Çünki SOCAR DESFA-nı alsa Yunanıstan qaz bazarında inhisarçıya çevrilə bilər. Çünki şirkət Yunanıstana nəql etdiyi qazı DESFA üzərindən sataraq bazarda rəqabəti əngəlləmək imkanı əldə edəcək.

Avropa Komissiyasının bu bəyanatından sonra SOCAR prezidenti Yunanıstana səfər edərək bu ölkənin baş naziri Antoni Samarasla danışıqlar apardı. Ardınca Yunanıstan hökuməti Avropa Komissiyasına müraciət edərək müqaviləyə baxılmasını sürətləndirməyə çağırdı. Prosedura görə Avropa Komissiyasının qərar vermək üçün gələn ilin fevral ayına qədər vaxtı var.
SOCAR prezidenti Rövnəq Abdullayev Avropa Komissiyasının iradları və tərəddüdlərini şərh edərkən bildirib ki, DESFA-nın səhmlərinin alınması daha çox Avropanın maraqlarına uyğun idi və əgər bu sövdələşmə təsdiqlənməyə Azərbaycan heç nə itirməyəcək.
İndi isə vəziyyət dəyişib. Bu günlərdə Rusiya prezidenti elan edib ki, “Cənub axını” qaz kəmərinin tikintisini dayandırır, əvəzində “Qazprom” Türkiyəyə eyni gücdə yeni qaz kəməri çəkməyi nəzərdə tutur. Həmin qaz kəməri Rusiya qazını Türkiyənin Yunanıstanla sərhədinə qədər nəql edəcək, “Qazprom” qazı sərhəddə topdan satacaq. Bu isə deməkdir ki, plan reallaşsa Rusiya qazı Azərbaycan qazı ilə eyni marşrut üzrə Yunanıstana nəql olunacaq, yəni SOCAR-ın Yunanıstan bazarında inhisarçıya çevrilməsi mümkün olmayacaq. Əksinə, SOCAR yunan bazarında “Qazprom”un qismində ciddi rəqiblə üzləşəcək. Görünür indi Avropa Komissiyası SOCAR-DESFA alyansına dair sövdələşməyə baxıb qərar çıxarmaq üçün yeni situasiyanı nəzərə almalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam