Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Yunanıstan naziri Azərbaycan səfiri ilə görüşüb şərt qoydu

 

Yunanıstanın yeni hökumətinin enerji və ətraf mühit naziri Panayiotis Lafazanis bu gün Azərbaycanın Afinadakı səfiri Rəhman Mustafayev və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti “Socar Energy Greece”in baş icraçı direktoru Anar Məmmədovla görüşüb.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə yunan mənbələrinə istinadən xəbər verir. Bu görüş Yunanıstanın yeni hökumətinin enerji nazirinin Azərbaycanda anlaşılmazlıqla qarşılanan son bəyanatından sonra baş tutur.

P.Lafazanis bəyan etmişdi ki, Yunanıstanın yeni hökuməti  bu ölkədə qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin üçdə iksinin SOCAR-a satılmasına dair 2013-cü ilin yayında imzalanmış 400 milyon avroluq sövdələşməyə yenidən baxa bilər.

Məlumata görə, görüşdə “Şahdəniz” qazının Yunanıstan üzərindən Avropaya nəqli layihəsi və SOCAR-ın DESFA-nı almasına dair müqavilə ətrafında müzakirələr gedib.

P.Lafazanis deyib ki, Yunanıstanın yeni hökuməti Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Transadriatik Qaz Kəməri (TAP) layihəsini dəstəkləyəcək, ancaq o şəkildə ki, Yunanıstanın bu layihədən əldə edəcəyi faydanı maksimum artsın.

DESFA şirkətinin səhmlərinin SOCAR-a satılmasına gəldikdə isə Lafazanis bildirib ki, hökumət əvvəlki kimi bu sövdələşməyə dair Avropa Komissiyasının qərarını gözləyir və yalnız bundan sonra növbəti addımlarını müəyyən edəcək.

Qeyd edək ki, Yunanıstanda son parlament seçkilərini solçu “Syriza” partiyası udub. Bu partiya Yunanıstanın nəhəng xarici borclarının bir hissəsini ödəməkdən imtina edəcəkləri və sərt qənaət tədbirlərini ləğv edəcəyinə dair şüarlarla seçkiləri udub. Yeni energetika naziri həmçinin bildirmişdi ki, strateji əhəmiyyətli enerji şirkətlərini özəlləşdirməyəcək və onların satışından imtina edəcək.

63 yaşlı Lafazanis eks-kommunistdir və populist solçu mövqeyi ilə tanınır.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam