Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rövnəq Abdullayev Yunanıstanda ofis açır




    Dövlət Neft Şirkəti (ARDNŞ) Yunanıstanın paytaxtı Afinada ofis açmağa qərar verib. 

     "Xeberinfo.com": APA-nin məlumatına görə, bunu Yunanıstanın “Bridging Europe” nəşrinə müsahibəsində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.

     R. Abdullayev sözlərinə görə, Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinin özəlləşdirilməsi prosesində ARDNŞ tenderin iştirakçısı olan əsas iddiaçı olmaqda davam edir: “Önümüzdəki bir neçə ay ərzində əməliyyatın tam başa çatdırılması gözlənilir. DESFA Avropa İttifaqına üzv olan ölkələrin ərazisində bu miqyasda olan ARDNŞ-in ilk layihəsidir və biz bu yolda yunan tərəfdaşlarımızla əməkdaşlıq etdiyimiz üçün çox xoşbəxtik”.

     Şirkət rəhbəri qeyd edib ki, Yunanıstanın Trans-Adriatik qaz kəmərinin (TAP) keçdiyi ölkələrdən biridir və bu layihəsinin həyata keçirilməsində əsas rol oynayır:

     “Yunanıstanda artan aktivlərimizin bir nəticəsi olaraq, biz Afinada ölkə ofisi açmağa qərar vermişik. Bizim mövcud həmkarlarımızla əlaqəmizi idarə etmək və Yunanıstanda daha çox iş imkanları əldə edə biləcəyimizi nəzərə alaraq, “SOCAR Energy Greece SA” şirkəti tamamilə qurulduqdan sonra, bu iş daha asan olacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam