Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Krımsız razılaşma

     
     "xeberinfo.com": Cenevrədə (İsveçrə) Ukrayna razılaşması əldə olunub. Məlumata görə, aprelin 17-də ABŞ dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov, Avropa İttifaqının ali komissarı Ketrin Eşton və Ukrayna xarici işlər naziri səlahiyyətlərini icra edən Andrey Deşitsanın gərgin danışıqlarından sonra birgə bəyanat qəbul olunub.
Razılaşmaya görə, Ukraynada bütün tərəflər hər cür zorakılıqdan, ayrı-seçkilikdən imtina etməli, qanunsuz silahlı birləşmələr tərksilah olunmalı, zəbt olunmuş binalar, küçə və meydanlar boşaldılmalıdır. Silahı könüllü təhvil verən, tutulmuş dövlət binalarını öz xoşu ilə tərk edənlərə (ağır cinayət törətmiş şəxslərdən savayı) amnistiya vəd olunur. Razılaşmaya riayət olunmasına ATƏT-in xüsusi monitorinq missiyası nəzarət edəcək.
Bəyanatda Rusiyanın işğalı altında olan Krım bölgəsinə toxunulmur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam