Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Rusiya razılıq aldı

 

  Almaniyanın paytaxtı Berlində Ukraynaya dair dördtərəfli danışıqların iştirakçıları Rusiyanın Ukraynanın cənub-şərqinə humanitar yardım göndərməsinə dair razılıq əldə ediblər, lakin atəşkəs məsələsi yenə də həll olunmamış qalıb.

"Xeberinfo.com": Məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya, Ukrayna, Fransa və Almaniyanın xarici işlər nazirlərinin görüşü barədə açıqlama verərkən deyib ki, tərəflər 5 saat ərzində Ukrayna qarşısında dayanan bütün problemləri müzakirə ediblər.
Sergey Lavrov deyir ki, Rusiya tərəfində ATƏT müşahidəçiləri bizim müştərək təşəbbüslərimizə əhəmiyyətli töhfələr verirlər: “Bundan başqa, Ukraynada da özlərini lazımi təchizatla təmin etmək səlahiyyətinə malik olan ATƏT missiyası var. Biz həmin missiyanın Ukrayna tərəfdən sərhədə nəzarət etməsi üçün pilotsuz təyyarələrlə təchiz edilməsi barədə müzakirələr aparırıq”. 
Lavrovun sözlərinə görə, Rusiyanın Ukraynanın cənub-şərqinə humanitar yardım göndərməsi və sərhəddə yoxlanma proseduru həm Ukrayna tərəfi, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsilə razılaşdırılıb: “Rusiyanın əsas məqsədi isə Ukraynanın şərqində atəşkəsin əldə olunmasıdır. 
Bundan əvvəl rəsmi Kiyev Rusiyanın humanitar yardım pərdəsi altında ölkənin şərqində hökumətə qarşı döyüşən separatçıları silahlandırmaq niyyətində olduğunu iddia edirdi”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam