Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Erməni polkovnik ordumuzun vurduğu ağır zərbədən danışdı - VİDEO

Aprel ayının əvvəllərində Dağlıq Qarabağda döyüşlərdə yaralanan erməni ordusunun 47 yaşlı polkovnik-leytenant Gevorq Azoyan Azərbaycanın “Harop” dron-kamikadzesinin onlara vurduğu zərbədən danışıb.

 

Xeberinfo.com:  Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Azoyanın sözlərinə görə, o və digər muzdlular – birinci müharibənin iştirakçıları Azərbaycanın silahlı qüvvələri ilə döyüşmək üçün cəbhəyə gedirdilər.


Talış kəndində muzdlulara hücum edən pilotsuz həmin gün Azoyanın doqquz dostunu öldürüb, onun özü isə xəstəxanaya yerləşdirilib.

“Əksəriyyət onların başı üzərində şəkil çəkən adi pilotsuzun uçduğunu düşünürdü, ona görə də onun düşməsindən sonra baş verən partlayış və yanğın onlar üçün gözlənilməz olub. Bir neçə nəfər hadisə yerində öldü. Qalanları xəstəxanaya aparılan zaman və ya xəstəxanada dünyasını dəyişdi”, - Azoyan deyib.

Yaralanan işğalçının özü yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, dron-kamikadzenin hücumu nəticəsində yaralanan daha iki işğalçı xəstəxanada ölüb.

Azərbaycan ordusu bir dəqiq zərbə ilə düşmən ordusunun doqquz muzdlusunu məhv edib.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam