Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Aprel döyüşlərində qaçıb, gizlənən erməni polk komandirinin poqonları söküldü

Aprel döyüşlərində qaçıb, gizlənən erməni polk komandirinin poqonları söküldü

 

 

Aprelin əvvəllərində Qarabağda gedən 4 günlük müharibəyə görə erməni ordusunda yenə poqonlar “uçub”. 
Xeberinfo.com:   Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, işğalçı qüvvələrin Ağdərədə dislokasiya olunmuş Mataqis polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan vəzifəsindən azad edilib. Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan təsdiqləyib.
Xəbərlərə görə polkovnik Əmirxanyanın vəzifəsindən azad edilməsinin səbəbi aprel döyüşləri zamanı harasa yoxa çıxması və ancaq Moskvada silahlı qüvvələrin Baş qərargah rəisləri arasında əldə edilən atəşkəs razılaşmasından sonra ortaya çıxmasıdır. 
Mətbuat yazır ki, Əmirxanyan aprel döyüşləri zamanı yoxa çıxmasını “ayağının sınması və bu səbəbdən Stepanakertdə (Xankəndi) müalicə olunması” ilə əsaslandırmağa çalışıb. Lakin həmin məlumat təsdiqlənməyib.
“Arminfo” agentliyi bildirir ki, erməni qüvvələri aprel döyüşlərində Mataqis istiqamətində ağır itkilər verib. Qondarma “DQR müdafiə nazirliyi” polkovnik Əmirxanyanın aprel döyüşləri zamanı harada olduğuna və nədən işdən azad edildiyinə aydınlıq gətirməyib. 
Qondarma “nazirliyin” mətbuat xidmətinin rəhbəri Senor Həsrətyan deyib ki, əgər “nazirliyin” saytında Əmirxanyana dair heç bir məlumat yerləşdirilməyibsə deməli bu məsələ hərbi sirrdir və açıqlana bilməz.
Artsurun Ovanisyan isə deyib ki, o da məsələni şərh edə bilməz. Çünki Mataqis polko “DQR müdafiə nazirliyinin” tabeçiliyindədir. 
“Ancaq mənim məlumatıma görə polkovnik Əmirxanyan aprel döyüşləri zamanı məzuniyyətdə olub”-o əlavə edib. 
Bəs o zaman aprel döyüşləri zamanı Mataqis polkuna kim komandirlik edib? Ovanisyan deyib ki, nizamnaməyə görə komandir yerində olmayanda hərbi hissəyə müavini rəhbərlik edir. 
Bununla belə Ovanisyan aprel döyüşləri zamanı Mataqis polkunun komandir heyətinin fəaliyyətinin effektivliyinə qiymət verməkdən imtina edib.
Mətbuat isə yazır ki, Əmirxanyan Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Yuri Xaçaturovun adamıdır. Bəzi mənbələrə görə onu Ermənistan ordusunda yüksək vəzifəyə təyin edə bilərlər.
Xatırladaq ki, aprel döyüşləri zamanı Azərbaycan ordusu ermənilərin Mataqis polkunun qərargahına dəqiq artilleriya zərbələri endirib, daha sonra qərargah “Harop” pilotsuz döyüş sistemi ilə vurulub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam