Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Erməni general: “Azərbaycan qələbə qazandı” – (VİDEO)

1459878652

 

Erməni general-mayor, “Kommandos” ləqəbli Arkadi Ter-Tadevosyan erməni radiosuna verdiyi müsahibədə Dağlıq Qarabağda yaşanan son vəziyyətlə bağlı diqqətçəkən məqamlara toxunub.
Xeberinfo.com:  Virtualaz.org erməni mətbuatına istinadən bildirir ki, Arkadi Ter-Tadevosyan yerli KİV-ləri cəbhədəki hadisələri düzgün işıqlandırmamaqda ittiham edib
“Fikrimcə, yerli KİV-lər hadisələri doğru işıqlandırmır. Onlar deyirlər ki, bu, Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı aqressiyasıdır. Rəsmi şəxslər və Müdafiə Nazirliyinin rəsmilərinin bu barədə açıqlamaları həqiqəti əks etdirmir”,- deyə vurğulayan general Azərbaycanın qarşısına tamamilə fərqli məqsədlər qoyduğunu vurğulayıb.
“Azərbaycanın əsas məqsədi bizim qoşunlar və texnikamızın harada olduğunu öyrənmək idi. Hesab edirəm ki, Azərbaycan öz istəyinə nail oldu. Cəbhə xəttində baş verən hadisələr döyüşlə yanaşı kəşfiyyat xarakterli əməliyyat idi. Azərbaycanın əsasən hədəfi bu məlumatları təhlil etmək və növbəti addımı atmaqdır. Biz onlara nə ilə cavab verdik? Gözlənilməzlik faktoru olduğundan biz bir neçə mövqe itirdik”, – deyə Ter-Tadevosyan qeyd edib.
“Azərbaycanın öz hədəfinə nail olubmu” sualına general “bəli” deyə cavab verib: “Bəli, Azərbaycan öz istəyinə nail oldu. Bir daha təkrar edirəm: cəbhədə yaşananlar kəşfiyyat xarakterli idi”.
Gene ralın fikrincə, Azərbaycan Qarabağ uğrunda gedən son döyüşlərdə müharibə qanunlarına riayət edərək qələbə qazanıb:
“Hesab edirəm ki, Azərbaycan genişmiqyaslı hücum qərarı verəcəyi təqdirdə faktiki olaraq başladığı işi davam etdirə biləcək”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam