Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya Ermənistana 200 milyonluq silahı göndərməyə başlayıb

 

600@0

Rusiya vəd etdiyi 200 milyon dollarlıq kredit sazişi çərçivəsində Ermənistana silah göndərməyə başlayıb.

Xeberinfo.com:   ANS PRESS-in məlumatına görə, bu barədə rusiyalı politoloq Andrey Areşev Ermənistanın «Tert.am» portalı ilə söhbəti zamanı bildirib. Areşev bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyindən aldığını vurğulayıb.
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın Avstriyanın «Die Presse» qəzetinə müsahibəsi zamanı münaqişə tərəflərinə – Azərbaycana və Ermənistana silah satışına embarqo qoyulmasını təklif etməsini şərh edən Areşev bunun Ermənistan üçün dəhşətli nəticələrə səbəb ola biləcəyini vurğulayıb: “Sizə çox yaxşı bəllidir ki, münaqişə tərəflərindən biri (Azərbaycan – red.) daima niyyətinə çatacağına qərarlı olduğunu bildirir. Təbii ki. bu güc və hərb yolu ilə gerçəkləşdirilir. Ona görə də bu ideyanın uzunmüddətli perspektivdə ilk növbədə Ermənistanın milli təhlükəsizliyinə zəmanət baxımından nə dərəcədə konstruktiv ola biləcəyini deyə bilmərəm”.
Yəni Tiflisdə doğulmuş və milliyyətcə erməni olduğu bildirilən rusiyalı politoloq ermeniləri Rusiyanın Azərbaycana silah satması ilə bağlı çox hay-küy qaldırmamağa, Ermənistana Rusiya daxili qiymətlərlə təklif edilən rus silahlarından imtina etməməyə çağırıb. Areşev Azərbaycanın kommersiya yolu ilə silahları istənilən ölkədən ala biləcəyinə diqqət yetirib:”İsrail dəfələrlə Azərbaycana kommersiya qiymətləri ilə öz silahını satmağı təklif edib. Bu ölkənin əsas tərəfdaşı Türkiyə artilerriya, raket sistemləri, yaxın döyüş üçün nəzərdə tutulan silah növləri göndərir. Yəni biz hamımız gözəl anlayırıq ki, Türkiyə Bakıya silah göndərməkdən imtina etməyəcək”.

Ermənistan Müdafiə Nazirliyinin bəzi əməkdaşlarının son 1-2 gündə verdiyi ədəbaz bəyanatlardan da Rusiyanın kredit sazişi çərçivəsində silahları göndərməyə başladığını anlamaq olur. Məsələn, Ermənistan Silahlı Qüvvələrinin təchizat rəhbəri polkovnik Noryar Yolçuyan da ordunun heç bir təchizat probleminin olmadığını bildirib. Onun iddiasına görə, Ermənistan ordusu cəbhədəki istənilən gərginliyə hazırdır.
Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov ANS PRESS-ə müsahibəsində Ermənistan hərbçilərinin bu cür bəyanatlarına özünə təskinlik kimi dəyərləndirib: “Onsuz da Rusiya leqal və ya qeyri-leqal yollarla Ermənistana silah göndərirdi. Amma aprel döyüşləri göstərdi ki, Ermənistan ordusu çox zəifdir. 200 milyon dollarlıq silha nədir ki? Bizim İsraillə müqavilələrimizdən, bəlkə də, 20 dəfə azdır”.
Hərbi ekspertin sözlərinə görə, erməni hərbçilərinin və hərbi ekspertlərinin bu cür bəyanatları işğal edilmiş Azərbaycan ərazilərində zorla məskunlaşdırılmış insanlara ünvanlanıb: “Serj Sarkisyanla yanaşı baş nazir, nazirlər, hətta müxalifət liderləri Qarabağa səfər edərək aldadılmış əhalini sakitləşdirmək istəyirlər”.
“O insanlar erməni hərbçilərindən qat-qat məqntiqlidirlər. Aprel döyüşlərindən sonra gördülər ki, Ermənistan ordusunun güclü olması barədə danışılanlar mifdir. Buna görə də Dağlıq Qarabağı tərk edirlər. Ermənistanda bundan çox narahatdırlar. Buna görə də Serj Sarkisyanla yanaşı baş nazir, nazirlər, hətta müxalifət liderləri Qarabağa səfər edərək aldadılmış əhalini sakitləşdirmək istəyirlər”.
Əslində, aprel döyüşlərində Azərbaycan öz hərbi potensialını tam açmadı, sadəcə Ermənistan ordusunun Azərbaycan ərazisinə yeni hücumunun qarşısını aldı, düşmənin onlarla tankı vuruldu. Amma Azərbaycan həm də Ermənistan ordusunun real gücünü müəyyən eləyə bildi. Bu fikri Şuşanı işğal etmiş Ermənistan silahlı birləşmələrinin rəhbəri olmuş general Arkadi Ter-Tadevosyan da vurğulamışdı. Erməni general Azərbaycanın strateci mövqeləri ələ keçirməsini kəşfiyyat xarakterli olduğunu, real hücumun isə qat-qat güclü olacağını bildirmişdi. Ermənistan ordusunun real gücünə bələd olan mülki əhali də İrəvan rəsmilərinin vədlərinə inanmır və öz başına çarə qılmağa çalışır.

Təbii ki, Azərbaycan münaqişənin dinc yolla, mülki əhaliyə heç bir zərər dəymədən həll olmasının tərəfdarıdır. Hər şey iki ölkə prezidenti arasında sabah Vyanada keçiriləcək görüşdən asılı olacaq. Əgər bu görüşdən sonra Ermənistan tərəfi yenə də loğva bəyanatlar verərək işğal edilmiş torpaqlardan imtina edəcəksə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün hərbi seçməkdan başqa yolu qalmayacaq. Əksər hərbi ekspertlər, o cümlədən erməni ekspertlər də Azərbaycan ordusunun buna qadir olduğuna tam əmindirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam