Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Rza Zərrabın həbsinin Türkiyə ilə heç bir əlaqəsi yoxdur”

6825fc287ed91e8f83742b3e0a3646d2
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da həbs edilən iranlı iş adamı Rza Zərrabla bağlı sualı cavablandırıb.

 

Xeberinfo.com:  R. T. Ərdoğan Fətullah Güləni nəzərdə tutaraq çirkli pulların yuyulması ilə məşğul olan cinayətkar qrupun əslində ABŞ-ın Pensilvaniya ştatında olduğunu bildirib: “Bu məsələnin əsl səbəbini bilmədən hər hansı fikir bildirməyi doğru hesab etmirəm. Ancaq çirkli pulların başında dayananlar ABŞ-da, Pensilvaniyada yaşayır. Görəsən, bununla bağlı oradakı səlahiyyətli orqanlar nəsə edibmi? Əvvəlcə, bu adamlarla bağlı addımlar atsınlar”.
Türkiyə prezidenti çirkli pulların yuyulması ilə əlaqədar bəzi şəxslərin Türkiyədə həbs olunduğunu, bəzilərinin isə qaçdığını deyib: “Təəssüf ki, dostumuz Amerikanın rəsmiləri bu məsələdə həssaslıq göstərmədilər. Rza bəylə əlaqədar isə bir məsələ varsa, hər halda onun vəkilləri lazımı cavabı verəcəklər. Ancaq mən dəqiq söyləyə bilərəm ki, bu məsələnin Türkiyə ilə heç bir əlaqəsi yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam