Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə RZA ZƏRRABA görə ABŞ-a nota verdi

Türkiyə RZA ZƏRRABA görə ABŞ-a nota verdi

 

Vəkilləri 5 gündür iş adamından xəbər ala bilmir

 

Yenixeber.org: Türkiyə ABŞ-da həbsdə olan Cənubi Azərbaycandan olan milyonçu ilə bağlı bu ölkəyə nota verib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, vəkilləri 5 gündür ki, ABŞ-da həbsxanada saxlanılan Rza Zərrabla əlaqə saxlaya bilmədiyini açıqlayıb. Bu bəyanatdan sonra Xarici İşlər Nazirliyi məhbusun vəziyyəti haqqında məlumat verilməsi tələbi ilə qarşı tərəfə yazılı nota ünvanlayıb. 

XİN sözcüsü Hüseyn Müftüoğlu hələlik notaya rəsmi cavab ala bilmədiklərini deyib. "Bu məsələni yaxından izləyirik. Vaşinqton səfirliyi məlumat tələb edib".

ABŞ Dövlət Departamentindən isə "Amerikanın səsi"nə verilən açıqlamada  diplomatik yazışmaların tərkibinin açıqlana bilinməyəcəyi bildirib. 

Xatırladaq ki, R.Zərrab iki il öncə çirkli pulların yuyulması, İrana qarşı sanksiyaları pozmaq, bank sənədlərini saxtalaşdırmaq ittihamları ilə istirahət üçün getdiyi ABŞ-da həbs edilmişdi. Bir necə gün öncə onun azad edildiyi barədə xəbərlər yayılsa da, ABŞ tərəfi bunu təkzib edib. 

İş adamının növbəti məhkəməsi noyabrın 27-də olmalıdır. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam