Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Türkiyə yenə qarışdı: ölən var- VİDEO

Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda təhlükəsizlik qüvvələri ilə PKK-nın “Yurtsevər İnqilabçı Gənclik” hərəkatının qruplaşması arasında baş vermiş toqquşmalarda 1 nəfər həlak olub, 1 polis zabiti isə yaralanıb.

Xeberinfo.com:   Məlumata görə, iğtişaşların Yenişəhər rayonuna da yayılması ilə əlaqədar təhlükəsizlik qüvvələri bir sıra yerlərdə giriş-çıxışı bağlayıb. İğtişaş törədənlərin saxlanılması üçün evlərdə reydlər təşkil olunub. Polisin keçirdiyi əməliyyatlara helikopterlər havadan dəstək olub.

Artıq iki gün davam edən toqquşmalarla əlaqədar yerli iş adamları ticarət obyektlərini, dükanlarını bağlamaq məcburiyyətində qalıb.

İstanbulda isə Gaziosmanpaşa adlandırılan yerdə naməlum şəxlər polis maşınına silahlı hücum edərək iki zabiti yaralayıb. İnsident gecə saatlarında polisin şübhəli maşını saxlamağa çalışan zaman baş verib. Xəstəxanaya çatdırılan polis zabitlərinin ayağ nayihəsindən güllə yarası aldığı deyilir.

Hadisədən sonra cinayət yerinə xeyli sayda polis və təcili tibbi yardım əməkdaşları axışıb. Zabitlərin yerləşdiyi xəstəxana önündə gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam