Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Fransa Ermənistana silah göndərdi -Hərbçilərə təlim keçəcək

 

Fransa bu gün Ermənistana yeni silahlar təhvil verəcək.

Yenixeber.org-un məlumatına görə, bu barədə "Le Figaro" qəzeti yazıb.

Bildirilir ki, 2023-cü ilin oktyabrında Fransa və Ermənistan arasında hava hücumundan müdafiə sistemləri ilə bağlı niyyət məktubu imzalanıb. Sazişə əsasən, Fransa Ermənistana üç ədəd "Thales" şirkəti tərəfindən istehsal edilən "Ground Master" (GM200) radarı və "Safran" şirkəti tərəfindən istehsal olunan gecəgörmə qurğuları tədarük edəcək. Tədarüklərin bu gün həyata keçiriləcəyi bildirilir.

Məqalədə qeyd olunur ki, Fransa hərbçiləri, həmçinin Ermənistan ordusuna bu il üç dağ döyüş hazırlığı kursu təşkil edəcək.

Bundan başqa, Fransanın MBDA raket sistemləri istehsalçısı ilə Ermənistana "Mistral" hava hücumundan müdafiə sistemlərinin tədarükü barədə saziş imzalanıb.

Qeyd edək ki, Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti yaxın vaxtlarda Ermənistana səfər edəcək. Səfər zamanı Ermənistan hərbçilərinin hava hücumundan müdafiə sahəsində hazırlığı, zirehli texnikakarın tədarükü müzakirə olunacaq.

Naziri Fransanın silah şirkətlərinin nümayəndələri və deputatlar müşayiət edəcək. Səfərin dəqiq tarixi açıqlanmayıb.

Fevralın 21-də Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron arasında görüş keçirilir. Onlar Parisdə ikitərəfli gündəliyi və Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər.

“Prezident Emmanuel Makronla gözəl görüş keçirdim və erməni-fransa dostluğunun dərinləşdirilməsi, ikitərəfli gündəliyimizi genişləndirmək və gücləndirmək, Ermənistan və Aİ arasında yaxınlaşma, eləcə də Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti ilə bağlı məhsuldar müzakirələr apardım”, - Paşinyan sosial şəbəkəsində yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam