Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

 BMT-də milyonluq rüşvət qalmaqalı

 

BMT Baş Assambleyasının 68-ci sessiyasının rəhbəri, hazırda qurumun Antigua-Barbuda ada dövlətində daimi nümayəndəsi Con Willam Eş Nyu-Yorkda rüşvət ittihamı ilə həbs olunub. 

"Xeberinfo.com":   Xarici mətbuata istinadən xəbərə görə, Eş 1 milyon 300 min dollar rüşvət almaqda ittiham olunur. 

Con Eş çinli iş adamı Enq Lap Senqadan 500 min dollar rüşvət alaraq Makaodakı konfrans mərkəzinin inşası üçün məhz onun layihəsinin qalib olmasını təmin edib. BMT baş katibini razı salandan sonra iş adamının milyardlıq layihəsi qəbul olunub. 

Çin biznesinin ABŞ-da lobbiçiliyini aparmaq müqabilində isə Eş daha 800 min dollar rüşvət alıb. 
Çinli iş adamı Enq Lap Senqa və onun köməkçisi Ceff İn bu ilin sentyabrında həbs olunmuşdu. 

Korrupsiya qalmaqalında Dominikan Respublikasının BMT-dəki səfirinin keçmiş müavini Fransis Lorentsonun, həmçinin Nyu-Yorkdakı qeyri-kommersiya qurumunun baş direktoru Şivey Yan və maliyyə direktoru Heydi Qonq Pyaonun da adı keçir. 

BMT-də söz sahibi olan Con Eşin həbsi qurumda şok yaradıb. Onun Çinin əmlak şirkətlərindən  illər uzunu rüşvət aldığı barədə də iddialar var.

Eş çevrəsindəki nüfuzlu şəxslərdən istifadə edərək bu şirkətlərin müxtəlif ölkələrdə sifarişlər almasını təmin edirmiş.  Aldığı rüşvətlərin müqabilində Eş Nyu-Yorkdakı evində basketbol meydançası qurub, çoxsaylı səyahətlərə çıxıb.

BMT baş katibi Pan Gi Mun baş verənlərdən şoka düşdüyünü və sarsıldığını bildirib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam