Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Obama və Putinin birgə qədəhi – VİDEO

 

Obama və Putin arasındakı görüşün detalları gizli saxlanılsa da, Putindən gələn açıqlama göstərdi ki, amerikalılar onu yolundan döndərə bilməyiblər.

"Xeberinfo.com":   Məlumata görə, o, deyib ki, Rusiya “İŞİD”ləmübarizədə Suriyaya hərbi dəstəyini artıracaq, lakin birbaşa əməliyyatlara qoşulmayacaq. İkili münasibətlərlə bağlı dediyini sadəcə etiraf adlandırmaq olar.
Rusiya və Birləşmiş Ştatlar arasında münasibətlər kifayət qədər aşağıdır. Bu mənim şərhim olmadan da hər kəsə aydındır. Amma bunun təşəbbüskarı biz deyilik. Rusiya ilə ABŞ-la münasibətlərinin aşağı olması amerikalı həmkarlarımızın mövqeyidir”, – deyə Vladimir Putin bildirib.
Putin ikitərəfli görüşündən məmnun qalmışdı. Maraqlıdır ki, Ağ Evdən görüşlə bağlı hələlik heç bir rəsmi açıqlama yoxdur. Ümumiyyətlə Amerika mediyası da Putinin səfərinə geniş yer ayırmadı. Hətta nüfuzlu “CNN” kanalı yalnız görüşün başlama və bitmə zamanını açıqladı. Amerikalılar bununla göstərdilər ki, onlar üçün əsas xəbər ölkədəki seçkidir.
Bununla belə Putin və Obama görüşünün regiona faydasını görənlər də var. Məsələn, Birləşmiş Ştatların Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç hesab edir ki, Amerika və Rusiya Suriyada “İŞİD”in səbəb olduğu təhlükəni tək başına aradan qaldıra bilməyəcəklərini bilirlər: “Son iki ildə Putinin özünü Amerikadan və Avropadan təcrid etmişdi. Onun Obama ilə görüşə ehtiyacı var idi. O, öz xarici siyasətində, Ukrayna məsələsində, Qərbə və Amerikaya göstərdi ki, təcavüzkar mövqedən çıxış etməyəcək. Düşünürəm ki, Putin Əsədi dəstəkləməkdə qətiyyətlidir. Çünki bu Rusiyanın Yaxın Şərqdə və Aralıq dənizinin şərqində öz təsirini qoruması üçündür”.
İndi o görüşdən mediyaya yayılan bir foto da müzakirə obyektidir. Dünyanın iki aparıcı liderinin bütün xalqların şərəfinə qaldırdıqları qədəh.
“Qarşısında məsuliyyət daşıdığmız insanların, təmsil etdiyimiz insanların şərəfinə qədəh qaldırıram. Gəlin heç zaman inkişafı və sülhü təqib etməkdən yorulmayaq”, – deyə Barak Obama qeyd edib.
Obamanın Putinl toqquşdurduğu qədəhin cingiltisi də xoş gəldi, əgər həqiqət olsa.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam