Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Putin sovet dövründə ilişib qalıb”

 

ABŞ prezidenti Barak Obama hesab edir ki, Rusiyanın dövlət başçısı Vladimir Putin sovet dövrünün bataqlığında ilişib qalıb və buna görə də bir çox geniş imkanlardan məhrum olub. 

"Xeberinfo.com":  Məlumata görə, B.Obama “Buzzfeed” internet portalına müsahibəsində belə deyib.
“Putinin kökləri öz sovet keçmişinə çox sıx bağlıdır. O, keçmişə sanki kök atıb. Putin sovet dövründə böyüyüb. KQB-yə rəhbərlik edib. Bütün bu təcrübələr onun bir şəxsiyyət kimi formalaşmasında ciddi rol oynayan amillərdir” – deyə B.Obama bildirib.
B.Obamanın sözlərinə görə, V.Putin bütün problemlərə “soyuq müharibə” prizmasından yanaşır: “Bu səbəbdən də Putin Rusiya üçün iqtisadi baxımdan faydalı olacaq bir çox imkanları əlindən qaçırdı. Putin qonşu və tərəfdaş ölkələrə köhnə sovet üslübundakı aqressiyadan başqa nəsə yeni bir şey təklif etmək imkanlarını da bu üzdən itirib”.
Bununla yanaşı B.Obama ABŞ-la Rusiyanın İranın nüvə proqramı məsələsinə dair müzakirələrdə sıx əməkdaşlıq etməsindən məmnun qaldığını da gizlətməyib. O, bu məsələdə Rusiyanın mövqeyini tərifləyib.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam