Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Dünyanın ən zəngin insanları daha da varlanıblar -FOTO

 “Bloomberg Billionaires Index”inə görə, dünyanın ən zəngin on adamı 2023-cü ilin əvvəlindən ümumilikdə 443,2 milyard dollar qazanıb.

Yenixeber.org: İndeks reytinq iştirakçılarının səhmlərinə sahib olduqları şirkətlərin qiymətli kağızlarının dəyəri əsasında hesablanıb.

Dünyanın ən varlı adamları siyahısında lider amerikalı iş adamı İlon Maskdır. Onun sərvəti ilin əvvəlindən 105 milyard dollar artaraq hazırda 242 milyard dollar təşkil edir.

Reytinqin ikinci pilləsində ilin əvvəlindən 36,1 milyard dollar qazanan Fransanın lüks mallar istehsalçısı LVMH (Moet Hennessy - Louis Vuitton) şirkətinin sahibi Bernard Arno qərarlaşıb. Sahibkarın varidatı 198 milyard dollardır.

Üçüncü yeri tutan “Amazon”un qurucusu Jeff Bezos 49,9 milyard dollar zənginləşərək xalis sərvətini 157 milyard dollara çatdırıb.

“Microsoft”un yaradıcısı Bill Qeyts isə 136 milyard dollarlıq var-dövləti ilə dördüncü yerdə qərarlaşıb. “Oracle” İT şirkətinin yaradıcısı Larri Ellison 131 milyard dollarlıq sərvətlə (ilin əvvəlindən 39,5 milyard dollar qazanıb) beşincidir.

Bu arada, sanksiyalara baxmayaraq rusiyalı milyarderlər ilin əvvəlindən 32 milyard dollardan çox varlanıblar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam