Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Donald Tramp Baydeni sərt tənqid edib:"ABŞ tarixdə ən təhlükəli dövrünü yaşayır"

"Hazırda ölkə tarixinin ən təhlükəli dövrüdür və buna səbəb isə nüvə silahının tətbiqi riskinin yüksək olmasıdır".

Yenixeber.org: Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Fox Nyus”a müsahibəsində bildirib.

O, ABŞ-ın hazırkı Prezidenti Cozef Baydeni Pentaqonun artilleriya sursatlarının çatışmazlığını etiraf etdiyinə görə sərt tənqid edib.

D.Tramp xatırladıb ki, onun prezidentliyi dövründə ABŞ hərbi anbarları kifayət qədər silahla dolu olub.

“Prezident kürsüsündə əyləşən şəxs nə etdiyini bilmir. Bu şəxs durub dünyaya bəyan edir ki, döyüş sursatlarımız yoxdur. Əgər sən hər şeyi paylayıb qurtarmısansa, bu, dəhşətdir. Ən pisi də bunu bütün dünyaya bəyan etməkdir. Çin və bizə digər düşmən mövqedə olan ölkələrə bildirirsən ki, bizim döyüş sursatlarımız yoxdur. Nə qədər axmaq olasan ki, bu sözləri bəyan edəsən?”, - D.Tramp əlavə edib.

Qeyd edək ki, iyulun 7-də ABŞ Ukraynaya kasetli mərmilərin göndərildiyini elan edib. İyulun 13-də isə Pentaqon Ukrayna hərbçilərinin ABŞ və digər ölkələrdən kasetli mərmilər aldığını təsdiqləyib. Öz növbəsində Rusiya Prezidenti Vladimir Putin kaset mərmilərinin istifadə edilməsinə adekvat cavab verəcəklərini deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam