Yenixeber.org: Layihə gələcəkdə kosmik uçuşların vaxtını əhəmiyyətli dərəcədə azaldacağını sübut etmək məqsədi daşıyır. Nüvə sintezi texnologiyası həm sürət, həm də yanacaq istifadəsi baxımından kosmik səyahətdə inqilab edə bilər.
Enerji mənbəyi Marsa səyahət müddətini yarıya endirəcək və ya Saturna və onun peyklərinə səkkiz il əvəzinə iki ilə səyahət ediləcək. Ümumi uzunluğu 8 m olan mühərrikin işə salınması 2027-ci ilə planlaşdırılır. Və bundan əvvəl şirkət bir çox çətinliklərin öhdəsindən gəlməli olacaq. Nüvə sintezi qurğusunun mərkəzində elektromaqnit sahəsində qapalı super isti plazma yerləşir. Alimlər bu mexanizmin necə dayanıqlı və təhlükəsiz istifadə olunacağını müəyyənləşdirməlidirlər.
“Pulsar Fusion” şirkətinin maliyyə direktoru Ceyms Lambert bildirib ki, çətinlik elektromaqnit sahəsinin içərisində super isti plazmanın necə tutulacağını və məhdudlaşdırılacağını öyrənməkdədir. Belə ki, plazma özünü hava sistemi kimi aparır, çünki onun davranışını ənənəvi metodlardan istifadə etməklə proqnozlaşdırmaq olduqca çətindir.
Texnologiyanın istifadəsində gizlənən riskləri önləmək üçün şirkət “Princeton Satellite Systems” ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. Superkompüter alqoritmlərinin tətbiqi ilə əldə edilən məlumatlar plazmanı daha dəqiq idarə etməyə və onun davranışını proqnozlaşdırmağa kömək edəcəkdir.
Alimlər buna nail olsalar, mühərrikdəki temperatur bir neçə yüz milyon dərəcəyə çatacaq. Bu, Günəşin səthindən daha istidir. Həddindən artıq enerji raketin 800.000 km/saatdan (222 km/s) çox sürətə çatmasına kömək etməlidir. Nəzəri olaraq, kosmik gəmilərin hərəkətində belə irəliləyiş Marsa iki dəfə tez çatmağa imkan verəcək.
Planetlərə səyahət müddəti azalır:Ən böyük termonüvə raket mühərriki tikilir
Böyük Britaniyanın “Pulsar Fusion” şirkəti dünyanın ən böyük termonüvə raket mühərrikinin tikintisinə başlayıb.