Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

İranda tibb bacıları çatışmır

 İran hökumətinin apardığı səbatsız siyasət ölkənin bütün seqmentlərində olduğu kimi səhiyyə sahəsində də ciddi problemlər yaradıb.
Yenixeber.org:  İranın səhiyyə nazirinin müavini Hüseyn Fərşidi televiziya proqramında “Ailə təbabəti” layihəsinin problemləri barədə məsələnin müzakirəsi zamanı bu planın həyata keçirilməsinin sadə bir iş olmadığını söyləyib. Onun sözlərinə görə, yoxsa bu əvvəlki hökumətlərdə həyata keçirilərdi və “ailə həkimi” ilə bağlı məlmatlandırılma düzgün aparılmayıb.
İranın səhiyyə sistemi son illərdə, xüsusən də COVİD-19 pandemiyasından sonra işçi qüvvəsi böhranı ilə üzləşib. Hərçənd, bu problem hələ COVİD-19 pandemiyasından əvvəl də mövcud idi və 2018-ci ilin noyabrında parlamentin Səhiyyə komissiyasının üzvü İranda 100 minə yaxın tibb bacısının çatışmazlığı ilə bağlı statistika təqdim etmişdi.
Bundan 3 il sonra, ölkədə koronavirus pandemiyası zamanı Tibb bacıları sistemi təşkilatının Ali şurasının üzvü Yusuf Rəhimi tibb bacılarına xaricdə tələbatın altı dəfə artdığını və ildə bəlkə də 1500-dən çox bu sahənin təmsilçilərinin mühacirətə getdiyini bildirdi.
Son vaxtlar isə problem o dərəcədə şiddətlənib ki, Bəhmən Qocalar evinin baş katibi ötən il ölkədən ayda 200 tibb bacısının miqrasiyası barədə məlumat vermişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam