Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Qərbdən Rusiyadakı hadisələrə REAKSİYALAR

Rusiyada "Vaqner" muzdluları ilə bağlı yaşanan gərginlik Qərb ölkələrinin də diqqətindən yayınmayıb. 

Yenixeber.org:  Bir sıra Qərb rəsmiləri Rusiyadakı hadisələrə münasibət bildirib. 

Ağ Ev Rusiyadakı vəziyyəti izlədiyini və müttəfiqlərlə məsləhətləşəcəyini bəyan edib.  

Avropa Komissiyasının (AK) nümayəndəsi bildirib ki,  Avropa İttifaqı Rusiyada Yevgeni Priqojin ətrafında baş verən hadisələri bu ölkənin daxili işi hesab edir. "Biz vəziyyəti izləyirik”, - o deyib. 

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli qeyd edib ki, Priqojinin qiyamı səbəbindən Rusiya təhlükəsizliyinə son dövrlərin ən böyük təhdidi ilə üzləşib. "Rusiya təhlükəsizlik qüvvələrinin, xüsusən də Rusiya Milli Qvardiyasının loyallığı yaxın saatlarda bu böhranın necə inkişaf edəcəyini müəyyən edəcək", - nazir vurğulayıb. 

"France-Presse" agentliyi Yelisey sarayına istinadla bildirir ki, Fransa Prezidenti Emmanuel Makron Rusiyadakı vəziyyəti diqqətlə izləyir. 

İtaliya Xarici İşlər Nazirliyi hazırda Rusiyada olan vətəndaşları üçün kritik problem olmadığını bildirib, lakin onları ehtiyatlı olmağa çağırıb. 

İsveçin xarici işlər naziri Ann Linde tviterdə yazıb ki, Rusiyada qeyri-sabitlik artır və bu, bütün region üçün təhlükədir. O vurğulayıb ki, Rusiyada vəziyyət narahatedici ssenari ilə inkişaf edir. 

Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam