Yenixeber.org: Ehtimal edilir ki, xeyli dərinlikdə olan batiskafı suyun güclü təzyiqi məhv edib.
Axtarış işlərinə cəlb edilən xüsusi sualtı aparatlar "Titanik"in qalıqları yaxınlığında "Titan"ın parçalanmış hissələrini aşkar ediblər. Qalıqlar aşkarlanandan dərhal sonra batiskafda olmuş 5 nəfərin ailələrinə məlumat verilib. Faciəvi şəkildə həlak olan şəxslər ABŞ, Fransa və Böyük Britaniyanın vətəndaşları olublar.
Əvvəlcə güman edilirdi ki, əgər batiskaf zədələnibsə və gəmidəki insanların 96 saatlıq oksigen ehtiyatı qala bilər. "Titan" iyunun 18-də "Tinatinik"in qəzaya uğradığı yerə dalıb. Sualtı qayıq bağlı olduğu "Polar Prince" ilə əlaqəni enişdən 1 saat 45 dəqiqə sonra itirib. Sualtı qayıqda olan heyəti sonuncu dəfə iyunun 18-i bazar günü saat 11:47-də əlaqə çıxa bilib.
"Titan"ın imploziyası:Ekipaj saniyədən də tez ölüb

Qayığının ekipajı fəlakətli "imploziya" (Güclü xarici təzyiq altında obyektin daxildən partlayaraq məhv olması-red.) nəticəsində həlak olub. Sadə dillə desək, "Titan"ın konstruksiyası yəqin ki, təxminən 3,8 min metr dərinlikdə suyun təzyiqinə tab gətirə bilməyib. Təzyiqlə eyni vaxtda gəminin içərisində olan oksigen çənləri də partlayışın güclü olmasına səbəb olub.

Mütəxəssislər sualtı qayığın strukturunu və məhv olması ilə bağlı ehtimal edilən səbəbi nəzərə alaraq belə qənaətə gəliblər ki, 5 nəfər partlayış anında dərhal ölüb.
Ekspertlər sualtı qayığın strukturunu və məhv olması ilə bağlı ehtimal edilən səbəbləri nəzərə alaraq belə qənaətə gəliblər ki, 5 nəfər partlayış anında inanılmaz surətlə canlarını tapşırıblar.
ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti və Florida Beynəlxalq Universitetinin professoru Eylin Marti CNN-ə açıqlamasında deyib ki, sualtı qayıq üzərində belə bir həcmdə təzyiq olsa, partlayış bir millisaniyənin bir hissəsində baş verər. Onun sözlərinə görə, belə bir situasiyada partlayış saatda 2,4 min kilometr sürətlə baş verir. Bu səbəbdən də insan beyninin nə baş verdiyini dərk etməyə belə vaxtı olmur.
Xatırladaq ki, məhv olan "Titan" “OceanGate” şirkətinə məxsus idi. Batiskaf 5 turisti "Titanik"in qalıqları olan əraziyə aparmalıymış. O, dörd kilometrə qədər dərinliyə enə bilən yeganə mini sualtı qayıq sayılırdı. "OceanGate" iki il əvvəl adam başına 125.000 dollara başa gələn və əsasən alimlərdən ibarət kiçik komandalarla missiyalar reallaşdırmağa başlayıb. İndi bir nəfərlik bron 250 min dollardır.