Yenixeber.org: ABŞ Dövlət departamenti sözçüzünün müavini Vedant Patel İranın MAQATE-yə münasibətini tənqid edib. Patelin sözlərinə görə, qurumun baş direktoru Rafael Qrossinin son hesabatı açıq şəkildə göstərdi ki, İran heç bir etibarlı mülki əsası olmayan bir şəkildə nüvə fəaliyyətlərini genişləndirməyi davam etdirir.
“Biz inanırıq ki, MAQATE İranla təminat və öhdəliklərlə bağlı bir çox uzunmüddətli məsələlərdə əlaqə yaratmaq üçün geniş səylər göstərib və biz Tehranla MAQATE-nin İrandakı uranın zənginləşdirmə obyektlərində yoxlamaların artırılması ilə bağlı razılığa gəlməsindən məmnunuq. Lakin İran hökumətinin əməkdaşlığı əhəmiyyətli dərəcədə hətta noyabrda Rəhbərlər şurasının açıqladığı gözləntilərdən də aşağıdır. Buna görə də biz İrandan agentliklə tam əməkdaşlıq etməsi tələbində israrlıyıq”, - Patel deyib.
ABŞ-ın narahatlığının əsas səbəbi MAQATE-nin baş direktoru Rafael Qrossinin iki gün əvvəl keçirdiyi mətbuat konfransında İranın zənginləşdirilmiş uran ehtiyatının son üç ayda 25%-dən də çox artdığını bildirməsidir. Qrossi rəhbəri olduğu qurumun İranın bəzi nüvə obyektlərində monitorinq avadanlığı quraşdırdığını, həmçinin Fars əyalətindəki Abadə stansiyasında partlayışlarla bağlı İranın izahatlarını araşdırdığını açqılayıb.
Tehran MAQATE ilə gözlənildiyindən az əməkdaşlıq edir -ABŞ RƏSMİSİ
İranın nüvə problemi ətrafında ehtiraslar yenidən coşmaqdadır. MAQATE-nin (Beynəlxalq Atom enerjisi agentliyi) baş direktoru Rafael Qrossinin Tehranın ünvanına söylədiyi iradlar JCPOA-da (İranın nüvə proqramı üzrə 5+1 formatı) təmsil olunan dövlətləri də hərəkətə gətirib.