Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Rusiya XİN ABŞ-ın Moskvadakı səfirliyinə etiraz edib

Rusiya Xarici İşlər Nazirliyi rəsmi Kiyevin Rusiya Federasiyasına zərbələrini təsdiqləyən ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın bəyanatları ilə əlaqədar ABŞ-ın Moskvadakı səfirliyinə etiraz edib.

Yenixeber.org: Bu barədə Rusiya XİN məlumat yayıb.

“Mayın 26-da Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Amerika diplomatik missiyasının yüksək rütbəli diplomatları ABŞ-ın milli təhlükəsizlik müşaviri Sallivanın Kiyevdəki rejimin silahlı birləşmələrinin Krım Respublikası və Belqorod vilayəti də daxil olmaqla Rusiya ərazisinə zərbələrini faktiki olaraq təsdiqləyən qəbuledilməz bəyanatlarına kəskin etiraz bildirilib”,- deyə məlumatda qeyd olunub.

Qurumdan bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün təchiz edilmiş Pentaqon tərəfindən verilən silah və texnikanın istifadəsinə dair bilavasitə maddi sübutları nəzərə alsaq, ABŞ rəsmilərinin Kiyevin Rusiya Federasiyası ərazisinə hücumlarını Vaşinqtonun qəbul etməməsi ilə bağlı verdiyi vədlər ikiüzlü və saxtadır.

"ABŞ-ın düşmənçilik hərəkətləri Rusiya ilə münasibətləri gözlənilməz nəticələrə səbəb ola biləcək təhlükəli böhrana gətirib çıxarıb”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam