Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Meksikada beynəlxalq hava limanı vulkana görə işini dayandırıb

Meksikanın Puebla Beynəlxalq Hava Limanı Popokatepetl vulkanının buraxdığı kül səbəbindən fəaliyyətini dayandırıb. Bu barədə ştatın Mülki Müdafiə İdarəsi tviter hesabında yazıb.

Yenixeber.org: Məlumatda Beynəlxalq Hava Limanının uçuş-enmə zolaqlarına kül düşdüyünə görə növbəti xəbərdarlığa qədər fəaliyyətinin dayandırıldığı bildirilib.

Daha əvvəl yerli hakimiyyət orqanları Puebla ştatının 40 bələdiyyəsində, həmçinin Mexiko və Tlaskala ştatlarının bəzi ərazilərində məktəbləri onlayn tədrisə keçirmək qərarına gəliblər.

Meksika paytaxtının hava limanı Popokatepetl vulkanı səbəbindən həftəsonu 207 reysin gecikdiyini və ya ləğv edildiyini bildirib.

Popokatepetl Meksikanın ən böyük və aktiv vulkanlarından biridir. Mayın 21-də ölkənin mülki müdafiə idarəsi vulkanın aktivliyi ilə əlaqədar təhlükə səviyyəsini beşə (cəmi yeddi səviyyə) qaldırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam