Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kiyevdən Moskvaya gedən liderlərə sərt ittiham:Əxlaqsız addımdır

Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinin mayın 9-da keçirilən parad üçün Moskvaya səfərini Ukraynaya qarşı qeyri-dost addım və Ukrayna xalqına hörmətsizlik adlandırıb. 

Yenixeber.org:Ukrayna XİN bu barədə bəyanat yayıb. 

“Biz bu xarici dövlətlərin rəhbərlərinin Avropada İkinci Dünya müharibəsindən bəri görünməmiş miqyasda müharibəyə başlaması ilə öyünən hərbi cinayətkarla birgə ictimai tədbirdə iştirakını Ukraynaya qarşı əxlaqsız və qeyri-dostcasına addım kimi qiymətləndiririk. Bu, həyatı və azadlığı uğrunda mübarizə aparan Ukrayna xalqına hörmətsizlikdir”, - bəyanatda deyilir. 

Qeyd edək ki, bu gün Moskvada 9 Mayla bağlı keçirilən parada Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri və Ermənistanın baş naziri qatılmışdı.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam