Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ukrayna 9 Mayı 8 Mayla əvəzləyir -Avropa Günü də qeyd olunacaq

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, bundan sonra 9 May Avropa Günü, 8 May isə İkinci Dünya Müharibəsində Nasizm üzərində Qələbə və Anım Günü kimi qeyd olunacaq. 

Yenixeber.org: Zelenski bu barədə videomüraciətində bildirib. 

"Biz dövlətimizə ideoloji qarışığı olmadan vicdanlı tarixi qaytarırıq. Məhz mayın 8-də dünya xalqlarının əksəriyyəti nasizm üzərində qələbənin əzəmətini xatırlayır. Məhz mayın 8-də dünya həyatını itirmiş bütün insanların xatirəsini ehtiramla yad edir. Məhz mayın 8-də Vermaxtın qeyd-şərtsiz təslim olması Aktı qüvvəyə minib. Bu gün mən bunu təklif edən qanun layihəsi təqdim etdim”, - deyə Zelenski qeyd edib. 

"Uzun illər əvvəl əldə olunmuş sülh və birliyə nail olmaq üçün qitəmizdə 9 May Avropa Gününün qeyd edilməsi ənənəsi yaranıb. Bu gün qitəmizdəki birlik bizi dünyamızın ilk gününün qeyd olunmasına daha da yaxınlaşdırır. Avropa Gününü bütün azad Avropa ilə birlikdə qeyd etmək düzgün olar”, - deyə Ukrayna prezidenti əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam