Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ermənistan AES təmirə bağlanıb

Ermənistanın Metsamor atom elektrik stansiyası 75 günlük planlı təmirə bağlanıb.
Yenixeber.org: Mayın 5-də bağlanan AES-in enerji blokunun işə salınması iyulun 18-nə planlaşdırılır. Metsamor atom elektrik stansiyası 1980-ci ildə istifadəyə verilib və Ermənistan hökuməti onun on il əvvəl bitmiş istismar müddətini 2036-cı ilədək uzatmaq istəyir.
Potensial təhlükə mənbəyi olan bu stansiyanın mövcudluğu təkcə yaxın qonşuları deyil, dünya ölkələrini də narahat edir. Qırx ildən çoxdur ki, fəaliyyət göstərən Ermənistan AES yüksək aktiv seysmik zonada yerləşir və heç bir müdafiə sisteminə malik deyil.
Azərbaycan bununla bağlı narahatlıq və etirazını dəfələrlə bildirib, mövcud təhlükə barədə müvafiq beynəlxalq təşkilatları və dünya ictimaiyyətini xəbərdar edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam