Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dövlətin gizli sənədləri alman kəşfiyyatına ötürüldü

 

Türkiyədən qaçaraq hazırda Almaniyaya sığınan keçmiş prokurorlar Zəkəriyyə Öz və Cəlal Kara ilə bağlı şok iddia irəli sürülüb.

 

"Xeberinfo.com":  Türkiyə mediasına istinadən xəbərə görə, Gülən camaatı ilə bağlı olduğu bildirilən prokurorlar dövlətə aid gizli sənədləri də özləri ilə aparıblar.

 

Bu barədə Türkiyə kəşfiyyat orqanı  mənbələri məlumat verib.  İddiaya görə, prokurorlar ölkələrinə qaytarılmayacağları təqdirdə Türkiyəyə qarşı istifadə edilə biləcək sənədləri Almaniyanın kəşfiyyat orqanlarına verə bilərlər.

 

Xatırladaq ki, prokurorlar barəsində həbs qərarı çıxmamışdan bir neçə saat əvvəl – avqustun 11-də ölkədən qaçaraq Gürcüstan-Ermənistan-Almaniya marşrutu üzrə hərəkət ediblər. Bəzi iddialara görə, prokurorlar Almaniyaya getməmişdən əvvəl Ukraynada da olublar. Türkiyə Ədliyyə Nazirliyi onların ölkəyə qaytarılması üçün hüquqi prosedurlara başlayıb və “qırmızı bülleten”in çıxarılmasına hazırlıq gedir.

 

Artıq fərari prokurorların Almaniyada hansı ünvanda yaşadığı da müəyyənləşdirilib. Onların Frankfurt şəhərindən 25 kilometr məsafədə yerləşən bir oteldə qaldığı deyilir. Otelin Gülən camaatına məxsus olduğu bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam