Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərdoğan Zəkəriyə Öz və Cəlal Karanın ölkəyə qayıtmasını tələb edib

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prokurorlar Zəkəriyə Öz və Cəlal Karanın ölkəyə qayıtmasını tələb edib.

 

"Xeberinfo.com":   Ərdoğanın sözlərinə görə, tez və ya gec Ermənistanda gizlənən Zəkəriyə Öz və Cəlal kara öz əməllərinə görə cavab verəcəklər. 
Haqlarında həbs qərarı verilən türkiyəli hakimlər Zəkəriyyə Öz və Cəlal Kara ötən gün Gürcüstandan Ermənistana gedib.
Türkiyədə “Ərgənəkon” adlı cinayət işinin prokuroru Zəkəriya Öz ölkədən qaçıb.

Türkiyə mətbuatının daha əvvəl yaydığı məlumata görə, Zəkəriyə Özün Gürcüstana qaçdığı deyilirdi. Gülən camaatının üzvü olduğu iddia edilən prokuror Zəkəriyə Öz dövlət çevrilişində ittiham olunur. 

Qeyd edək ki, ötən gün Türkiyə Hakimlər və Prokurorlar Ali Qurumu tərəfindən prokurorluqdan kənarlaşdırılan Zəkəriyə Öz, Cəlal Kara və Məhmət Yüzgəç haqqında həbs qərarı çıxarılıb. 

Xatırladaq ki, Zəkəriyə Özün əli ilə “Ərgənəkon” işi çərçivəsində general Vəli Kiçik və Türkiyə ordusunun sabiq baş qərargah rəisi İlkər Başbuğ da olmaqla, onlarla general terror təşkilatı qurmaq və idarə etmək, həmçinin, mövcud hökuməti devirmək ittihamı ilə həbs edilmişdi.

azvision.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam