Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qırıcılar hücuma keçdi

 

   Buna səbəb terrorçu qrupun Suriyadakı mövqələrindən Türkiyənin Kilis şəhərini avtomat silahlardan atəşə tutması olub

     "xeberinfo.com":Türkiyə silahlı qüvvələri Əl-Qaidə terror təşkilatı ilə bağlantılı olan İraq Dəməşq İslam Dövləti qruplaşmasının konvoyuna hücum edib. 

      "İhlas Haber Agentliyi"nin yaydığı məlumata görə, buna səbəb qrupun Suriyadakı mövqələrindən Türkiyənin Kilis şəhərini avtomat silahlardan atəşə tutması olub. Tanklar və ağır artilleriyadan açılan atəş nəticəsində silahlılara məxsus pikap, yük avtomobili və bir avtobus zərərsizləşdirilib.

     İraq Dəməşq İslam Dövləti Suriyada müxalifətin hərbi qolu olan Azad Suriya Ordusunun əsgərlərinə qarşı vuruşur.

       Bu arada, İraqın baş naziri Nuri əl-Maliki Avropa Birliyini tənqid atəşinə tutub. Bağdadda çıxışı zamanı Nuri əl-Maliki bildirib ki, Avropa ölkələri Suriyada döyüşən əl-Qaidə terrorçularını silahlandırmağa son qoymalıdı.

       "Mən əl-Qaidəni silahla təmin etməyə çalışan ölkələrə müraciətlə bildirmək istəyirəm ki, onlar bu təşkilatı silahlandırmaqla, eyni zamanda, İraqda terrorizmə dəstək olurlar. Çünki əl-Qaidənin hər iki ölkədə güclü bağlantıları var. Təşkilatın silahlandırılması qərarları ziddiyyətlidir. Biz burada terrorizmə qarşı mübarizə apardığımız bir vaxtda, siz orada onları silahlandırmağa çalışırsız", - deyə Nuri əl-Maliki vurğulayıb.

       Amerika Birləşmiş Ştatları Konqresi bir qədər əvvəl Suriyada döyüşən müxalifət qüvvələrinin silahlandırılması üçün maliyyə dəstəyi layihəsini təsdiqləyib. Silahlar Suriyaya əsasən, İordaniyadan keçirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam