Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İşdən çıxarılan prokurordan Ərdoğana qarşı iddia

 

 

 

    "xeberinfo.com":Korrupsiya və rüşvət əməliyyatı ilə bağlı istintaqa nəzarət edən İstanbulun keçmiş prokuroru Zəkəriyyə Öz barəsində çıxarılan qərarla bağlı 3 səhifəlik açıqlama yayıb.

    Məlumata görə, Öz ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan haqda sensasiyalı açıqlama verib.

   «Ali məhkəmədən olan hörmət etdiyim iki nəfər baş nazir tərəfindən mənimlə danışığa göndərilmişdi. Baş nazir tərəfindən göndərilən həmin iki nəfərlə Bursada görüşdüm.

    Görüşdə hörmətli baş nazir şəxsən yazdığı məktubda mənə qarşı acıqlı olduğunu bildirmiş, haqqımda ağır ifadələr işlədərək, ondan üzr istəməyim, hökumətə qarşı istintaqı dərhal dayandırmağım tələb etmişdi. Əks halda zərər görəcəyimi və bunun nəticələrinin mənə baha başa gələcəyini yazmışdı.

    Görüşə gələn adamlara başıma gələ biləcək ən pis şeyin ölüm olacağını dedim. Ölsəm də vəzifəmi şərəflə yerinə yetirib, şəhid olmağı üstün tutduğumu onların diqqətinə çatdırdım».

    Xatırladaq ki, ötən gün Hakimlər və Prokurorlar Yüksək Qurumu tərəfindən Zəkəriyyə Öz İstanbul baş prokuroru vəzifəsindən çıxarılaraq, Bakırköyə prokuror təyin olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam