Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Aslan İsmayılovdan MTN-ə qarşı ağır ittihamlar

 

Tanınmış vəkil Aslan İsmayılov MTN-ə qarşı ağır ittihamlar səsləndirib.

Xeberinfo.com:   Məlumata görə, vəkil özünün Facebook səhifəsində yazır:

“Çox gözəl bir deyim var: “Yarım hamiləlik olmur”. “MTN işi” ilə bağlı yayılan məlumatlar, bildiklərimiz onu göstərir ki, çoxlu sayda insanlar heç bir günahı olmadan MTN işçiləri tərəfindən şərlənib, haqlarında qurama işlər düzəldərək külli iqdarda rüşvətlər alınıb. Sonra isə saxta cinayət işləri prokurorlar tərəfindən təsdiqlənərək məhkəmələrə göndərilib və yenə də rüşvət müqabilində haqlarında şərti cəza olmaqla ittihamedici hökm çıxarılıb. İndi MTN-in vəzifəli şəxsləri, müstəntiqləri həbs olunur və olunmalıdırlar. Maraqlı olan odur ki, həmin qanunsuz, cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər barədə, ittiham aktını təsdiq edən Baş Prokurorun birinci müavini Rüstəm Usubov “MTN işi” üzrə istintaq qrupunun rəhbəridir.

Əgər doğrudan da ədalətli araşdırma gedirsə MTN-də istintaqa nəzarət edən, həmin saxta ittiham aktlarını təsdiq edən prokurorlar və qanunsuz hökm çıxaran hakimlər də həbs olunmalıdırlar. Hamı bilir ki, ən azından hakimlər aldıqları rüşvətləri ittihamı müdafiə edən prokurorlarla bölüşürlər. Bu gedişatla ancaq MTN əməkdaşları həbs olunacaqlarsa deməli Azərbaycan ədalət sistemində yenə yarım hamiləlik olur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam