Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

"İraq və Suriya adlı dövlətlər artıq yoxdur"

 

ABŞ  Mərkəzi  Kəşfiyyat İdarəsinin  (MKİ)  keçmiş  direktoru Maykl   Hayden  Suriya və İraq adlı dövlətlərin xəritədən silindiyini  və kürdlərin  ( PKK  oxu: red)  ABŞ  üçün  ən vacib müttəfiqi olduğunu deyib.
"Xeberinfo.com":   Məlumata gğrə,  PKK-nın nəzarətində olan   Rudava danışan Maykl  Hayden  kürd  silahlı qruplaşmalarına  birbaşa silah verilməsinin  tərəfdarı olduğunu bildirib.
 
Bundan başqa  MKİ-nin  keçmiş direktoru  Almaniyada dərc olunan "DIE WELT" qəzetinə verdiyi müsahibədə də  bu iddialarını təkrarlayıb. Həmin müsahibəni təqdim edirik:
 
Obama  hökuməti  İraqın yenidən  parçalanmasını istəyir?
 
Hökumətin rəsmi siyasəti bu yoldadır. Bu məsələ bizim qərarlarımızda olduqca təsirli haldadır. Məsələn, kürdlərə silah vermə məsələsində. Mənə görə  kürdlər bizim ən böyük müttəfiqimizdir. Elə də qalacaq. 
 
İraq Ordusunu görürsünüz. Ənbarı təkrar nəzarəti altına almağa çalışır mı? Şəxsən mən görmürəm. Bəs İraq Ordusunun Mosulu  təkrar alacağına inanırsınızmı? Bu da olmayacaq. Tikriti ələ keçirən də şiə qruplarıdır . Bunlar fikirləşir ki,  Birləşmiş Millətlər  Təşkilatı İraq və Suriyadakı vəziyyəti normala çevirəcək .  Bunlar da hərəsi bir kreslo sahibi olacaq.
 
İraqı federativ  dövlət  kimi təsəvvür edirsinizmi? Çünki, İran və Türkiyə müstəqil Kürdüstanı qəbul etməyəcək. Bu halda Vaşinqton qəbul edəcəkmi?
 
Vaşinqton dəstəyini çox göstərir.  Tarixə baxsaq, Osmanlı İmperatorluğu burada üç vilayətdən ibarət idi. Kürd, sünni və şiə  vilayətləri. Yəni Mosul, Bağdad və Bəsrə vilayətləri, indiki dövrdə isə İraq deyirik. Bu parçalanma tarixi bir bölünmədir.
 
Suriya və İraqın əvvəlki halına gələcəyinə inanmıram. Başqa variantlar tapmalıyıq lazımdır. Bu səbəblə kürdlərin birbaşa silahlanmasını dəstəkləyirəm.
 
 IŞİD-lə bundan sonra necə mübarizə aparacaqsınız?
Hər şeydən əvvəl, qarşı tərəfi zəiflətmək lazımdır. Çünki bizim özümüzü qorumaq haqqımız var. Hava hücumları təşkil edərək təşkilatın maddi-texniki və mərkəzi qərargahlarını vurmağımız lazımdır. Həmçinin koalisiya güclərini qorumaq lazımdır. Mötədil İslamı dəstəkləmək lazımdır.
 
 Tam olaraq nə demək istəyirsiniz?
 
17-ci əsrdə  otuz illik  döyüşlərin  dini bir səbəb vardı . Həmçinin müasir Avropa tarixçiləri Vestfal razılaşması  ilə din və dövlət münasibətlərini bir-birindən ayırdı. Halbuki İslamda heç bir zaman belə bir cəhd olmayıb. Bəlkə də heç olmayacaq.
 
Ancaq bu müharibənin İslamla bağlı bir döyüş olmadığını söyləmək səhv olar. Hər cəhətdən İslamı maraqlandıran bir vəziyyətdir və burada bizə düşən mülayim İslamı müdafiə edənləri dəstəkləməkdir.
 
 Mötədil İslam varmı?
 
Əlbəttə ki, var.  Nə qədər pis və sərt olsa da, Misir dövlət başçısı  Sisini alternativ olaraq görə bilərik. Əl-Əzhər Universitetində çıxışı olduqca diqqətçəkəndi. İslam içində qeyri-adi bir inqilaba çağırıb. Bu çıxışı Qahirənin təkrar hərbi yardım almasına səbəb olub.
 
Obama Hökumətinin nüvə enerjisinə  görə  İranla  yaxınlaşmasının  sünnilər arasında inamsızlığa səbəb olduğu deyilir. Siz nə düşünürsünüz?
 
Bu sualı Obama hökumətinə soruşmağınız lazımdır. 
 
Bəli, amma İran beynəlxalq arenada uzunmüddətli bir strategiya yeridir?
 
Kissingerin bir sualı vardı. "İran bir dövlət  ola  bilərmi? Ya da bir ideologiya bilərmi"? Bu barədə İranın qərar verdiyindən mən əmin deyiləm.
 
İran ilə nüvə müqaviləsinin  qısa zamanda olacağına inanırsınızmı? Bu sizi narahat etmirmu?
 
Bu barədə çox  narahatam.  Hətta nüvə sənayesinə  malik olan ölkələr 12 ay ərzində İrana bomba əldə etmək imkanı verir.
 
Bəs Çin bu məsələdə Vaşinqtona düşmən ola bilərmi?
 
Çin  ABŞ-a  düşmən deyil. Ancaq rəqabət var. Ən böyük təhlükə  İŞİD  təhlükəsidir. Amerika, İran və nüvə silahı  problemi də ciddi bir təhdiddir .  Çin bizim düşmənimiz deyil, ancaq dünya sülhünün gələcəyi  baxımından da çox əhəmiyyətli bir problemdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam