Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Davudoğludan Suriyaya göndərilən silah barədə açıqlama

Türkiyənin baş naziri Əhməd Davudoğlu “Cumhuriyet” qəzetində Türkiyənin Suriyaya silah-sursatın göndərilməsi ilə bağlı dərc olunan foto və video görüntülərə münasibət bildirib.
"Xeberinfo.com":  APA-nın “Cumhuriyet” qəzetində istinadən verdiyi xəbərə görə, baş nazir bunu Suriya türkmənlərinə yardım adlandırıb.
 
“Mən çəkinmədən söyləyirəm: o yardım Bayırbucak türkmənləri üçün göndərilmişdi. Orada müharibə gedir, türkmən qardaşlarımız qətlə yetiriləcək, biz isə bunu kənardan seyr edəcəyik?”, deyə  Davudoğlu ötən gün Ankarada keçirilən mitinqdə çıxışı zamanı bildirib.   
 
“O görüntüləri yayımlayanlar kirli bir oyun içindədirlər. Allah şahiddir ki, biz heç bir məzlumu  yalnız qoymadıq, qoymayacağıq”, deyə baş nazir vurğulayıb.  
 
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan da, öz növbəsində, qeyd olunan nəşrin dərc etdiyi məqaləyə kəskin reaksiya verib: “Suriyadakı qardaşlarımıza göndərdiyimiz yardımın qabağını kəsməklə onların ölümünün səbəbkarı oldular. Utanmadan, çəkinmədən türkmənlərə göndərilən yardımlarla bağlı spekulyasiyalara girdilər. Bu casusluqdur, agentlərin əməlidir. Bunun hesabını verəcəklər. Düşün artıq millətin yaxasından”, deyə Ərdoğan qeyd edib.  
 
Qeyd edək ki, 2014-cü ilin yanvarında Adana bölgəsində böyük rezonansa səbəb olmuş hərbçilərin yük maşınlarına baxış keçirməsi ilə bağlı  insident baş verib. Milli Kəşfiyyat İdarəsinə (MIT) məxsus yük maşınlarından ibarət karvan Türkiyə-Suriya sərhədinə doğru hərəkət edib.  “Cumhuriyet”  qəzetinin mayın 29-da dər etdiyi foto və video görüntülərdə qutulara yerləşdirilmiş top, minaatan mərmiləri və digər silah-sursat əks olunub.  Nəşr  qalmaqallı görüntülərin məhz 2014-cü ilin yanvarında yük maşınlarına keçirilən baxış zamanı çəkildiyini iddia edir.     
 
Qeyd edək ki, qalmaqallı material dərc edildikdən dərhal sonra İstanbul prokurorluğunda  “Cumhuriyet”  qəzetinin baş redaktoru Can Dündar barəsində icraat başlanıb.  
 
Xatırladaq ki, apreldə yük maşınlarına baxış keçirilməsi ilə bağlı başlanmış cinayət işi üzrə 17 hərbçi, mayda isə Adana jandarmeriyasının sabiq rəisi və Adana əyalətinin baş prokuroru da daxil olmaqla dörd prokuror həbs olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam