Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“PKK-nın kökünü kəsəcəyik”

 

 

“Biz Suriyada kürdlərin, ərəblərin, türkmənlərin, sünnilərin, nusayrilərin, xristianların bütövlükdə eyni masada olmasının tərəfdarıyıq. Kürdlərin masada olması zərurətdir, lakin biz PYD-nin masaya oturmasına qarşıyıq”.
Xeberinfo.com:   Məlumata görə, bu barədə Türkiyə baş naziri Əhməd Davudoğlu deyib.
 
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bu gün Moskvada keçirdiyi mətbuat konfransında Suriya probleminin həlli ilə bağlı keçirilən Cenevrə danışıqlarında PYD-nin (PKK-nın Suriya qolu - red) də iştirak etməsinin vacibliyini diqqətə çatdırıb. 
 
Ə.Davudoğlu Suriya xalqının yalnız olmadığını bildirib.
 
Baş nazir Türkiyədə növbədənkənar seçki iddialarına da münasibət bildirib.
 
O, belə bir məsələnin gündəmdə olmadığını, ötən il noyabrın 1-də demokratik seçkilərin keçirildiyini deyib.
 
Ə.Davudoğlu PKK-nın kökünü kəsəcəklərini də diqqətə çatdırıb.
 
"Məclisdə yeni konstitusiya müzakirələri aparılır. Bizə yaraşan bir konstitusiyanın olmasını istəyirik. İnsanları canlı qalxan edənlər məğlub olacaqlar. Hökuməti, dövləti günahlandıranlar məktəb bağçasındakı uşaqlardan nə istəyirlər? Biz onlardan bunun cavabını soruşacağıq. Bu çirkin oyunları quranların kökünü kəsəcəyik", - deyə o bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam