Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ermənilər Türkiyədən qovulacaq

 

On minlərlə Türkiyə ermənisi Ermənistana geri dönməyə məcburdur

 

 
"Xeberinfo.com":  Regional Sabitlik və Təhlükəsizlik mərkəzindən “Yeni Müsavat”a daxil olan məlumata əsasən erməni kütləvi informasiya vasitələrində  yayılan  xəbərə görə ermənilərlə türklərin “soyqırım” məsələsi fonunda gərginləşən, onsuz da yaxşı olmayan münasibətlərinin nəticəsində Türkiyədə yaşayan ermənilərin ölkə ərazisindən çıxarılması gündəmə gəlib. Verilən xəbərə görə on minlərlə Türkiyə ermənisinin Ermənistana gəlməsi ölkə rəhbərliyi üçün iqtisadi və siyasi problemlər yaradacaq.
Vəziyyətdən çıxış yolunu axtaran dövlət məmurları onları Dağlıq Qarabağ ərazisində yerləşdirməyi düşünür. Bu haqda, 26 mart tarixində, 1994-1997-ci illər Ermənistan prezidentinin məsləhətçisi olmuş professor Jirayr Liparityan mətbuat konfransında Ermənistan Türkiyə münasibətlərində son hadisələri şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu məsələnin nə dərəcədə mümkün olub olmamasından asılı olmayaraq biz baş verə biləcək bütün hadisələrə hazır olmalıyıq.
“Mənim üçün ən əhəmiyyətlisi insanların etibarını bir az da olsa quruyub saxlamaqdır“, — Liparityan qeyd edib. O, həmçinin əlavə edib ki, Yaxın Şərqdə erməni partiya strukturları dövlət və milli maraqları kənara qoyub, öz mənafelərinə uyğun düşünürlər və siyasət aparırlar.
“Əgər erməni qəsəbələri olmayacaqsa, onlar nə edəcəklər? Onlar Yaxın Şərqdə erməniləri gözləyən təhlükənin nə dərəcədə ciddi olduğunu qəbul etmək istəmirlər.” — Jirayr Liparityan vurğulayıb.
Qeyd etmək lazımdır ki, Ermənistana, xüsusən Qarabağ ərazisinə belə köçürülmə baş verərsə Ermənistan iqtisadiyyatı tamamilə çökəcək. Onsuz da regionda baş verən bütün infrastruktur layihələrdən təcrid olunan Ermənistanın əslində nə istədikləri bəlli deyil. İqtisadi, sosial və siyasi problemlər səbəbindən tərk edilən, haradasa bir neçə il sonra “əhalisiz dövlət” olacağı danışılan, buna baxmayaraq boş qalmış Dağlıq Qarabağ ərazisini öz ərazisi kimi tanıtmağa çalışan, Gürcüstanın, Türkiyənin ərazilərinə iddia edən, 100 il bundan qabaq “baş vermiş” hansısa hadisəyə “soyqırım” dedirtmək üçün dəridən qabıqdan çıxan bir xalqın milli təfəkkürü belə qüsurludur.
musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam