Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Türkiyə prezidenti "qondarma soyqırım" məsələsini siyasiləşdirir

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada xarici ölkə səfirlərinin 7-ci konfransında "erməni soyqırımı" haqqında danışıb, Ermənistanı başqalarının mövqeyini öz şəxsi nöqteyi-nəzərinə uyğun yozmağa çalışmaqda günahlandırıb. 
"Xeberinfo.com":  Məlumata görə, o çıxışında deyib: "Ermənistan bu metroda əl ataraq "soyqırım" məsələsinin siyasiləşməsi üçün enerji xərcləməyə üstünlük verir. Mən bilirəm ki, Türkiyə Xarici İşlər Nazirliyi bu məsələ üzərində intensiv işləyir. İnanıram ki, 2015-ci ildə Xarici İşlər Nazirliyi və başqa strukturlar bütün bunların öhdəsindən gələcək."
R.T.Ərdoğan vurğulayıb ki, Türkiyənin mesajlarına, atdığı addımlara və təşəbbüslərə Ermənistan tərəfindən reaksiya verilmir.
Türkiyə prezidentinin bu mövqeyi erməniləri əsəbləşdirib. Onlar yazıblar ki, onun başçılığı ilə türk dövləti "erməni soyqırımı" faktını inkar edir. Türkiyə tərəfi "soyqırım" faktının tanınmasından qaçmaq üçün daha çox müasir metodlara əl atır. Məsələn, Ərdoğanın "ümumi ağrı" haqqında tezisini xatırlatmaq kifayətdir. 
Son zamanlar şişirdilən bu tezisin mahiyyətinə əsasən, Türkiyə rəsmi dairələri etiraf edirlər ki, 20-ci əsrin başlanğıcında ermənilər məhrumiyyətlə üzləşiblər, ancaq bunu "soyqırım" adlandırmırlar. Ermənilərin itkilərini türklərin itkiləri ilə eyniləşdirməyə çalışırlar. Türklər bunu Birinci Dünya müharibəsi çərçivəsində baş verən hadisə, "ümumi ağrı" adlandırır və beləliklə, "soyqırım" faktını inkar edirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam