Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Rusiya yalnız regional dövlət olaraq qalacaq”

 

Soyuq müharibə qurtardıqdan sonra beynəlxalq arenada başlıca güc və superdövlət rolunu ABŞ oynayıb. 

"Xeberinfo.com":  Onlar öz cəhdləri ilə SSRİ-nin dağılmasından sonra ən yüksək zirvəyə qalxıblar. Amerika indiyədək dünyanı təkbaşına idarə edən supergüc olub. Ona rəqib ola biləcək dövlət isə, bu yaxınlara qədər meydana gəlməmişdi. Amma indi bu dövr başa çatmaq üzrədir. Hazırda dünya qloballaşmanın ikinci fazasına qədəm qoymağa başlayır. Burada söhbət heç də çox qütblü dünyanın yaranmasından getmir və XXI əsr dünyasının iki qütblü olacağı ən böyük ehtimal kimi daha real görünür. Gələcək dünyada zirvədə duran iki ölkə -qətiyyən çöküş keçirməyən ABŞ və nəhəng dövlət dərəcəsinə yenicə ayaq basmış Çin hökmran mövqedə dayanacaqlar.

Dinamik inkişaf edən digər ölkələrin müvəffəqiyyət qazanaraq, tərəqqiyə çatmaqlarına baxmayaraq, onlar müasir superdövlət olmaq üçün vacib sayılan dörd əsas xüsusiyyətə – ixaca yönəlik iqtisadiyyata, yüksək texnologiyaya, energetika və hərbi gücə malik deyillər. Bütün bu amillərin hamısını mükəmməl şəkildə özündə birləşdirməyən dövlətlər dünyanın müqəddəratını həll etmək şansına yiyələnə bilməzlər. Daha doğrusu, ABŞ və Çindən başqa,digər inkişaf etmiş dövlətlərin tam mənası ilə önə çıxmaları üçün həmişə nələrsə şatışmayıb.

thumbmaker

Görəsən gələcək dünya üçün ABŞ və Çin cütlüyünü şeytani bir məfhum hesab etmək olarmı? Əlbəttə ki, yox! Çünki beynəlxalq arenada mübarizə aparmaq üçün bir-birləri ilə silahlı münaqişəyə girişmək vasitəsi, artıq tamamilə köhnəlib. Hərçənd ki, Çin liderləri hərbi gücün artırılmasında maraqlıdırlar, lakin onların bu məsələdəki iddiaları yalnız regional xarakter daşıyır. O ki qaldı Amerikaya, bu demokratik dövlət ərazi iddiaları irəli sürmədən, ancaq məhdud müharibələr aparır.

Hazırda dünya lideri olmaq uğrunda mübarizənin əsas arenası rolunu iqtisadiyyat oynayır. ABŞ və Çin öz aralarında rəqabətli əməkdaşlıq atmosferi saxlayırlar ki, bu da öz növbəsində onları dünya üzərində münaqişəli, lakin ağıllı müştərək hökmranlığa doğru aparır.

U.S. President Obama, arrives with Chinese and Russian counterparts, Xi and Putin, at the the APEC Summit plenary session in Beijing

Gələcək dünyada Rusiya, Hindistan və Braziliya kimi dövlətlər yalnız regional güclər qismində çıxış edəcəklər. Yaxın Şərqə gəldikdə isə, onun mübarizə aparmaq üsulları dini fanatizm və zor üzərində bazalaşıb. Aydındır ki, bu vasitələrin köməyi ilə müasir dünyada irəliyə getmək praktik olaraq mümkün deyil. Mərakeşdən tutmuş, İndoneziyaya qədər uzanan islam qövsündəki ərazilərdə, daha çox qarmaqarışıq münaqişələrin yaşanacağı gözlənilir. Ərəb neftinin dünyadakı payının aşağı düşməsi nəticəsində, iri dövlətlərin bu ərazilərə olan maraqları sönməyə meyillidir.

Beynəlxalq arenada dünyanın nəhəng qüvvəsinə çevrilmək və həmçinin də ABŞ ilə Çinə rəqib ola biləcək yeganə güc mərkəzi imkanlarına, şübhəsiz ki, yalnız Avropa malikdir. Avropa bütün parametrləri ilə bu rolu oynamaq səviyyəsindədir. Lakin bunun üçün Avropa, hərbi güc nümayiş etdirmək və həmçinin də torpaq qamarlamaq yarışından uzaq duraraq, dünyanın əmin-amanlıq məkanı kimi tanınmalıdır.

(“Liberation” – Fransa)

Azpolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam