Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Ötən il gömrük sahəsində 9 minə yaxın hüquq pozuntusu qeydə alınıb///Azərbaycanda

 

 

2017-ci ildə gömrük sahəsində 8 809 hüquq pozuntusu qeydə alınıb ki, bunun da 700-ü cinayət xarakterlidir

Yenixeber.org: Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, ötən il gömrük orqanları 2 740 kq-lıq narkotik maddə qaçaqmalçılığının qarşısını alıb. "Xeyli sayda şəxsə qarşı cinayət işi qaldırılıb. Onlardan 367-nin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib. 2017-ci il ərzində həm də 1,6 mln. dolların və külli miqdarda qızıl-zinət əşyalarının qaçaqmalçılığının qarşısı alınıb".

A.Əliyev həmçinin deyib ki, 2017-ci ildə 334 gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. 

"17 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib. Əgər 2015-ci gömrük əməkdaşları haqqında 2 500 şikayət daxil olmuşdusa, 2016-cı ildə bu rəqəm 1 800, 2017-ci ildə isə 680 olub".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam