Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

1,5 ton narkotik müsadirə edildi: İran-Əfqanistan sərhəddində

İran polisinin keçirdiyi uğurlu əməliyyat nəticəsində Əfqanıstandan qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 1,5 ton narkotik maddə müsadirə olunub.

Yenixeber.org: Sistan vilayətinin polis idarəsinin rəisi general Mohəmməd Kənbari jurnalistlərə bildirib ki, xüsusi əməliyyat zamanı 5 qaçaqmalçı həbs edilib, onlara məxsus 5 avtomobil və 2 tüfəng müsadirə edilib.

Qaçaqmalçılar 1,5 ton heroini İranın mərkəzi şəhərlərinə gətirməyə çalışıblar.

İran Əfqanıstan ilə 900 kilometr sərhədə malikdir. Əfqanıstandan Avropaya qaçaqmalçılıqla daşınan narkotik maddələr tranzit olaraq İran ərazisindən keçir. İran dövləti narkotik qaçaqmalçılığının qarşısını almaq üçün 700 milyon dollar həcmində vəsait sərf edib. Qaçaqmalçılıqla mübarizədə İran təhlükəsizlik qüvvələrinin 4 min əməkdaşı həyatını itirib.(axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam