Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Milli Şuranın mitinqi iqtidara son dərəcə lazımlıdır”- DEPUTAT

 

 

 

 

“Ölkədə sabitliyin pozulmasına heç bir zəmin və təhlükə görmürəm”.

Yenixeber. org: Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “Milli Şura”nın sentyabrın 23-nə təyin etdiyi mitinqlə bağlı açıqlamasında bildirib.

 BAXCP sədri deyib ki, demokratik cəmiyyətin ən böyük atributlarından biri həmin ölkədə müxtəlif aksiyaların, o cümlədən kütləvi etiraz aksiyalarının keçirilməsidir: “Ona görə də Milli Şuranın təyin etdiyi mitinq Azərbaycanın da, iqtidarın da maraqlarına uyğundur”.

 Qüdrət Həsənquliyev qeyd edib ki, hazırda Azərbaycana qərbin müxtəlif dairələri tərəfindən hücumlar təşkil olunur, ölkəmizi bəzən hətta “diktatura” olmaqda belə ittiham edirlər: “İddia olunur ki, Azərbaycanda guya insanlar öz fikirlərini sərbəst şəkildə yaymaq imkanına malik deyillər. Guya hakimiyyət “sonuncu azad mətbuat”ın fəaliyyətini dayandırmaq barədə düşünür və s.”

 BAXCP sədrinin qənaətinə görə, Azərbaycan hökuməti çalışmalıdır ki, hansısa qüvvələr mitinqdə təxribata yol verməsinlər: “Aksiyanın təhlükəsizliyi tam təmin olunmalıdır. Şübhə etmirəm ki, bu mitinqdə ağlına və ağzına gələnləri danışan adamlar da olacaq. Bu iqtidarın yerinə olsam onların çıxışlarını tərcümə edib bütün dünyada yayaram. Qoy görsünlər ki, “diktatura”nın olduğu ölkədə belə çıxışlar etmək mümkündür yoxsa yox... Hesab edirəm ki, bu, iqtidara son dərəcə lazımlı olan bir mitinqdir və bu mitinqdən də narahat olmağa dəyməz. Çünki ölkədə sabitliyin pozulmasına heç bir zəmin və təhlükə görmürəm”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam