Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bəzi generallar təhlükəsizlik orqanlarına zərbə vurdu” -Əli Həsənov

 

"Bir neçə il bundan qabaq, dövlət təhlükəsizlik orqanlarının sıralarında olan bəzi "generallar” ümummili liderin gözəl ənənəsini və məfkurəsini yaşatmaq, davam etdirmək əvəzinə, öz naqis əməlləri ilə Azərbaycan milli təhlükəsizlik orqanlarının imicinə xüsusi hazırlanmış anti-Azərbaycan qüvvələrin vura bilməyəcəyi ağır zərbə vurdu”.
Yenixeber.org:   Məlumata görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Heydər Əliyev-dövlət təhlükəsizlik orqanlarının ilk Azərbaycanlı generalı” mövzusunda keçirilən ümumrespublika konfransında deyib.
Ə.Həsənov bu əməlin səbəbini də açıqlayıb: "Bilirsinizmi bu niyə belə oldu?! Çünki belələrinin qəlbində ümummilli lider Heydər Əliyevə xas olan nə əsl peşəkarlıq, nə əsl ziyalılıq var idi, nə də ki, onların intellekti və mənəvi aləmi belə bir orqanın generalı olmağa yaramırdı. Heydər Əliyev SSRİ təhlükəsizlik orqanlarının elitasının zirvəsinə yüksələn bir general idi və tam şəkildə millətinə, xalqına və dövlətinə bağlı idi. Amma Azərbaycan təhlükəsizlik sistemini gözdən salan bəzi təhlükəsizlik orqanlarının keçmiş əməkdaşları ziyalı ailəsində dünyaya gəlsələr də, nə peşəkar kadra çevrilə bildilər, nə də milli ziyalıların sırasına qoşula bildilər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam