Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Pirallahı rayon icra başçısının başı böyük dərddə… -İTTİHAM

Pirallahı rayon icra başçısının başı böyük dərddə…
 Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif Həsən oğlu İmanov sözügedən vəzifəyə təyin olunduqdan qısa müddət sonra onun adı bir sıra xoşagəlməz məqamlarda hallanmağa başladı.
Yenixeber.org: Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir.

Belə ki, icra başçısının əlində olan imkanlardan yararlanaraq, o cümlədən əlaqələrini işə salaraq gəlirlərini nəzərəçarpacaq dərəcədə artırmağa müvəffəq olduğunu vurğulayan məlumatlı şəxsin paylaşdığı informasiyaya görə, əslən Zəngəzur mahalının Ərəfsə kəndindən olan Vasif İmanovun adı bir çox xoş olmayan olaylarda çəkilib. Beləliklə, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirdiyini, 1983-1991-ci illərdə "Avtoyoltikinti” Nazirliyinin 27 saylı Yol İstismar Sahəsində mühəndis-mexanik və baş mexanik, 1991-1999-cu illərdə "Şelflayihətikinti” İstehsalat Birliyinin Tikintinin Mexanikləşdirilməsi və Nəqliyyat İdarəsində istismar şöbəsinin rəisi, baş mühəndis və həmin idarənin rəisi, 2003-2006-cı illərdə Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006-2013-cü ilin mart ayına qədər Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışdığını qeyd edən mənbənin sözlərinə görə, Vasif İmanov artıq 3 ildir ki, Pirallahı rayonuna rəhbərlik edir:

«Deyilənlərə görə, Pirallahı rayonunun icra başçısı postu Vasif İmanova verildikdən sonra o, yol verdiyi nöqsanlarla əhalinin qınağına, ciddi etirazına səbəb olub. Belə ki, deyilənlərə görə, icra başçısının oğlu Zöhrab İmanov rayonda əməlli-başlı at oynadır. Bildirilir ki, atasına arxalanan Zöhrab İmanovun özbaşına hərəkətləri artıq rayon əhalisini boğaza yığıb. Bu şəxs rayon ərazisində sahibkarlara əməlli başlı qan uddurur. Deyilənlərə görə, Vasif İmanovun oğlu rayondakı sahibkarlardan qanunsuz pul yığımı ilə məşğuldur. İstədiyi vaxt sahibkarlardan istədiyi qədər pul alır. Narazılıq edən sahibkarların isə obyektlərini sökdürür».

Redaksiyamıza daxil olan bilgilərdə o da qeyd olunur ki, rayon ərazisində sahibkarlıqla məşğul olan bir nəfər bir müddət əvvəl icra başçısı Vasif İmanovun oğlunun qəzəbinə tuş gəlib: «Deyilənlərə görə, nəticədə Zöhrab İmanov «Əjdakan LTD» MMC-nin mülkini darmadağın edib. Şirkətin yerləşdiyi 33 hektar ərazi yerlə yeksan edilib, şirkətin inzibati binaları və həyətindəki bahalı ağaclar oğurlanıb. İddialara görə, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının oğlu həmin şirkətin binasının daşları və digər materialları ilə rayon ərazisində özü üçün bir neçə avtoyuma məntəqəsi və digər ticarət obyektləri inşa etdirib.

Hələ bu, harasıdır. Deyilənlərə görə, bir müddət öncə Zöhrab İmanovun göstərişi ilə rayon ərazisində sahibkarlardan birinin obyekti sökülüb. Söküntü zamanı 20 yaşlı oğlan söküntülər altında qalaraq ölüb. Lakin həmin ölüm faktı icra başçısı Vasif İmanovun müdaxiləsilə ört-basdır edilib». Bu arada, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun oğlu Zöhrab İmanovun hazırda rayon ərazisində onlarla ticarət və xidmət obyektlərinin, beton və asfalt zavodunun olduğunu iddia edən məlumatlı şəxs bildirir ki, həmin obyektlərin əksəriyyəti əsl sahiblərinin əlindən zorla, müxtəlif formalı təsir və təzyiq göstərməklə alınaraq əldə olunub:

«Deyilənlərə görə, məhz bu kimi səbəblər üzündən Pirallahı sakinləri Vasif İmanovun icra başçısı kimi vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyini düşünür və onun tutduğu postdan uzaqlaşdırılmasını arzu edirlər. Lakin o, himayəsində olduğu şəxslərin yardımlarına baş vuraraq özünün və oğlunun törətdiyi əməlləri ört-basdır etməyə nail olur. Deyilənlər görə, bu gün icra başçısının başı yaman dərddədir.

Görünən odur ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı bu dəfə himayədarlarının yardımlarına baş vursa belə, onu və oğlu Zöhrab İmanovu məsuliyyətdən kənarda saxlayan olmayacaq. Çünki uzaq ölkələrdən gələn məktublarda deyilir ki, təcavüzə məruz qalan insanları müdafiə etməliyik».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam