Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır
“Tamstore” marketlər şəbəkəsində satılan “Atena” kərə yağları ilə bağlı görüntülər sosial şəbəkələrdə etirazla qarşılanıb.

Yenixeber.org: Jurnasit Gülnar Nazimqızının paylaşdığı görüntülərdə endirimli qiymətlə satışa çıxarılmış “Atena” kərə yağlarının kifləndiyi açıq-aşkar görünür.

Videoda bildirilir ki, mağaza rəhbərliyi endirim qiyməti ilə 15 manat 94 qəpiyə satılan “Atena” kərə yağlarının “Avrora Qrup” tərəfindən təqdim olunduğunu deyib. Rəfdəki yağların hər birini ayrı-ayrılıqda açdıqda kifləndiyi aydın görünür. Məhsulun üzərində istehsal tarixi 30 may 2025-ci il qeyd olunub. Saxlama temperaturu müsbət 2-4 dərəcə olduqda 4 ay, -18 dərəcə olduqda isə 12 ay kimi göstərilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov məsələdən xəbərdar olduqlarını bildirib.

Xatrılatma: Eyni vəziyyət bir müddət öncə yenə də “Tamstore”da satılan “Vestqold” kərə yağları ilə bağlı da yaşanıb. "Tamstore" mağazalar şəbəkəsi "Avrora Qrup" MMC-yə daxildir. Şirkətin rəhbəri Ceyhun Abbasovdur.(pravda.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam